“Sator arepo tenet opera rotas” ən məşhur sehrli kvadratlardan (palindromlardan) biridir. Bunlar soldan sağa və sağdan sola bərabər oxunan ifadələrdir. Belə palindromu olan ən qədim meydan eramızın 79-cu ilində vulkan püskürməsi nəticəsində dağılmış Roma şəhəri Pompeydəki sütunlardan birində tapılıb. Çox güman ki, bu cümlə “Arepo əkinçisi təkərlərin köməyi ilə işləyir” kimi tərcümə olunur.
1920-ci illərdə bir neçə tədqiqatçı qeyd edib ki, "Sator arepo tenet opera rotas" hərflərini təşkil edən hərflərdən iki "Pater noster" ("Atamız") yazısından ibarət xaç yığmaq üçün istifadə edilə bilər - ən incilin ilk sözləri. Əlavə hərflər - iki A və iki O, "alfa və omeqa", yəni hər şeyin başlanğıcı və sonu kimi şərh edilib, çünki İlahiyyatçı Yəhyanın Vəhyində Rəbb Özünü belə adlandırıb. Beləliklə, palindromun ilk xristianlar tərəfindən yaradıldığı fərziyyəsi ortaya çıxır. Ancaq görünür ki, o, əslində çox qədim zamanlarda yaranıb.
Orta əsrlərdə sehrli kvadrat və ya sadəcə olaraq "Sator arepo tenet opera rotas" yazısı müxtəlif bədbəxtliklərə qarşı bir çox sehrlərdə istifadə edilmişdir. Məsələn, onlar tez-tez doğuş zamanı qadınlar üçün nəzərdə tutulmuş amuletlərə qoyulur və cinləri qovmaq üçün də istifadə olunurdu.
Mənbə: Яндекс Дзен
Tərcümə etdi: Səid Quliyev
