Bu gün:

Boksun tarixi


Boks bir idman növü kimi 1719-cu ildə İngiltərədə rəsmi olaraq tanınıb. Sonra məşhur boksçu və qılıncoynadan James Figg İngiltərənin ən güclü boksçusu kimi tanınıb, lakin boksun mənşəyi uzaq keçmişə gedib çıxır.

Bəzi əfsanələrə görə, yumruq döyüşünün banisi Afina qəhrəmanı Tesey, digərlərinə görə Poseydon və pəri Melia oğlu Kral Amycus olub. Amma təbii ki, hər bir xalqın öz mifik qəhrəmanı var. Olimpiya proqramlarında 23 oyunda yumruq döyüşləri meydana çıxıb. İlk Olimpiya çempionu Yunan Onomastus olub. Kütləvi yumruq döyüşləri qədim Romada da məşhur olub. Qədim yunan boksçusu Tagenes də məşhurdur.

İlk döyüşlər çılpaq yumruqlarla aparılıb, sonra əlləri və barmaqları gücləndirmək üçün dəri kəmərlər bağlamağa başlayıblar. Bu kəmərlər müasir əlcəklərin prototipi olub. Belə uzun və məşəqqətli bir yoldan sonra indi tamamilə hər kəsə məlum olan bu idman növü bir çox insanlar tərəfindən sevilir.

Mənbə: История и новости бокса

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et