Əldə olan son məlumatlara görə, Facebook dünyanın ən populyar və ən çox istifadə edilən sosial media platformasıdır. 3,06 milyard aylıq aktiv istifadəçi ilə bu, dünya əhalisinin 37%-nin ayda ən azı bir dəfə Facebook-dan istifadə etməsi deməkdir. 2,7 milyard istifadəçisi olan YouTube ən populyar ikinci sosial şəbəkədir.
Qısa formada video məzmuna diqqət yetirən sosial media şəbəkələri sürətlə böyüyür. Buraya Instagram və TikTok daxildir. WhatsApp, Facebook Messenger və Telegram kimi messencer proqramları da son bir neçə ildə bu siyahıya sürətlə yüksəlib.
Aylıq aktiv istifadəçilər:
1. Facebook 3,06 trilyon
2. YouTube 2.70 trilyon
3. WhatsApp 2.40 trilyon
4. Instagram 2.35 trilyon
5. TikTok 1,67 trilyon
6. WeChat 1,31 trilyon
7. Messenger 1,10 trilyon
8. Telegram 900 milyon
9. Viber 820 milyon
10. Snapchat 800 milyon
Facebook, Instagram və YouTube kimi böyük brendlər TikTok kimi istifadəçiləri maraqlandırmaq üçün qısa formada video məzmuna yönləndiriblər. Telegram, Whatsapp və Discord kimi bu məzmun və mesajlaşma proqramları getdikcə populyarlaşır və 2024-cü il ərzində diqqətdə saxlamağa dəyər.
Mənbə: explodingtopics.com
Tərcümə etdi: Nazrin Humbat