Bu gün:

Böyük rus yazıçısının müəmmalı ölümü


4 mart 1852-ci ildə həkimlər Nikolay Qoqolun ölümünü təsdiqləyiblər. Lakin onun həqiqətən də həmin gün vəfat edib-etmədiyini və böyük yazıçının vəfatının əsl səbəblərini araşdırmaçılar hələ də bilmirlər.


Nikolay Vasilyeviç Qoqol 1809-cu il aprelin 1-də mülkədar ailəsində anadan olub. 1821-ci ildə Nikolay Nejində gimnaziyaya daxil olub. Orada nəinki təhsil alır, həm də rəsm çəkir, tamaşalarda iştirak edir, müxtəlif ədəbi janrlarda özünü sınayıb.


Görkəmli yazıçı dünyada hər şeydən çox ölümdən qorxub, amma ən qəribəsi odur ki, Nikolay Vasilyeviç Qoqol diri-diri basdırılmaqdan dəhşətli dərəcədə qorxub. Klassikin 170 ildən sonra da gözlənilməz və çox müəmmalı ölümü onun yaradıcılığının pərəstişkarlarını təqib edir.


Nikolay Vasilyeviçin ölümünün ən mistik və ən çox yayılmış versiyası letargik bir yuxudur. 1839-cu ildə malyariyadan əziyyət çəkən Qoqol xoşagəlməz huşunu itirmə xüsusiyyətini qazanır. Bu yuxu zamanı nəbz yavaşlayıb, ürək döyüntüləri bir qədər boğuq olub, sanki yazıçı ölüb.


Çox dindar olan və mistisizmə açıq həvəsi olan Qoqolda bu səbəbdən tezliklə diri-diri basdırılma fobiyası yaranıb. Yazıçının qorxusu o qədər güclü olub ki, vəsiyyətində cəsədin parçalanmasının aşkar əlamətləri görünənə qədər basdırılmamasını xahiş edib.


Uzun müddətdir ki, Nikolay Vasilyeviçin yaradıcılığının nəslindən və pərəstişkarlarından belə bir şey mümkünlüyü heç birinin ağlına belə gəlməzdi. Ancaq yazıçı qəbiristanlığın bərpası ilə əlaqədar eksqumasiya edildikdə görülüb ki, Nikolay Vasilyeviçin cəsədi tabutda qeyri-təbii vəziyyətdə yatıb və tabutun qapağının döşəməsi cırılıb. Bundan sonra bir versiya ortaya çıxıb ki, həkimlər səhvən yazıçının komasını ölümlə səhv salıblar və böyük Nikolay Vasilyeviç Qoqol diri-diri basdırılıb.


Mənbə: penzasvmp.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et