Bu gün:

Orta əsrlərdə qeybətə görə verilən cəzalar


Rusiya imperiyasında və əksər Avropa ölkələrində qeybətə görə müəyyən cəza tədbirləri tətbiq edilib. Lakin bu cəzalar hər dövrdə fərqli olub. Bundan əlavə, cəza şəxsin hansı statusa malik olmasından asılı olub.


Uzun müddət Avropa ölkələrində qeybət edənlər, böhtançılar, bidətçilər və bu kimi şəxslər “utanc maskası” ilə cəzalandırılıblar. Bu cihaz üzərində ağzı örtən lövhənin bağlandığı metal halqa şəklində olub.


Əgər “utanc maskası” qeybətçinin özünü günahkar hiss etməsinə səbəb olmayıbsa və o, tezliklə köhnə vərdişlərinə qayıdıbsa, onda onu daha ağır cəza gözləyib: “ördək taburesi”. Bu dizayn su üzərində qurulmuş bir stul olub. Cinayətkarı orada oturtdurublar, bağlayıblar və sonra günahlarını düşünməsi üçün kifayət qədər uzun müddət su altına endiriblər, lakin boğulması üçün kifayət qədər uzun müddət olmayıb.

Təhqirə görə cəzaları da qeyd etmək lazımdır. Hər şey təhqir olunan şəxsin cəmiyyətdəki statusundan və tutduğu mövqedən asılı olub. Bir şəxs bəyi, aşpazı və ya buna bənzər qulluqçunu təhqir edərsə, 1 rubl cərimə olunub. Ruhaniləri və xüsusilə patriarxı təhqir etməyə görə cərimə yüzlərlə rubl təşkil edib. Hökmdarı, zadəganı, yüksək vəzifəli şəxsi təhqir etsələr, o zaman cismani cəza, həbs, cərimə və hətta hamısını birlikdə tətbiq edə bilərlər.


Baxın, demək olar ki, bütün tarix boyu hökmdarlar söyüşə, qeybətə fəal şəkildə qarşı çıxıblar. Lakin bütün ehtiyat tədbirlərinə baxmayaraq, nə zadəganlar arasında, nə də xalq arasında pis sözləri aradan qaldırmaq mümkün olmayıb.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et