
İnternetdə olan bir çox köhnə şəkillərin bəzilərində şəklin çəkildiyi an ölü olan insanların şəkildə canlı kimi təsvirinə yer verildiyini təxmin edə bilməzsiniz.
Bu fotoqrafiya növü 19-cu əsrin ikinci yarısında Avropa və Amerikada geniş yayılıb. O vaxtlar fotoqrafın işi prestijli idi və ailə fotoşəkilləri çəkmək üçün studiyaya getmək bahalı bir iş idi. Fotoqrafiyanın yüksək qiyməti və prosesin mürəkkəbliyi səbəbindən çoxlarının həyatlarında fotoşəkil çəkməyə vaxtı olmayıb.
Nəticədə, insanlar ailə fotolarının olmadığını yalnız yaxınlarından birinin ölümündən sonra anlayıblar. Onlar bir fotoqraf tutublar və cəsədi “canlı” pozada qoyublar. Bəzən şəkildə ölü bir adamın olduğunu təxmin etmək mümkünatsız olub.
Bu janr 20-ci əsrin əvvəllərində tənəzzülə uğramağa başlayıb və 1920-ci illərdə tamamilə yox olub. Kompakt şəxsi kameralar çoxaldıqca, foto çəkmək əlçatan və ucuz olub.
Mənbə: mirf.ru
Tərcümə etdi: Fatimə Kərimli
