Bu gün:

Altı əsrin deşifrə edə bilmədiyi bir kitab


Tədqiqatçılar on illərdir Voyniçin əsrarəngiz əlyazmasının XX əsrin əvvəllərində Polşa antikvar Vilfrid Voyniç tərəfindən tapılan naməlum dildə qədim bir kitabın nəyi gizlətdiyini anlamağa çalışırlar. İndiyə qədər təklif olunan çoxsaylı şifrələr səhv olub.


Voyniç əlyazması perqament səhifələri və keçi dərisi bağlaması olan əlyazma bir kitabdır. Təxminən 240 səhifəsi indiki dövrə çatsa da, daha çox olduğu düşünülür. Təhlilə görə, XV əsrin əvvəllərində hazırlanıb. Əlyazmanın müəllifi haqqında isə  dəqiq məlumat yoxdur.


Müəllifin istifadə etdiyi məktublar heç bir məşhur əlifba ilə üst-üstə düşmür. Kitabı araşdıran elm adamları məktubların bu şəkildə yerləşdiriləcəyi bir Avropa dilinin olmadığını aşkar ediblər. Eyni zamanda, çoxsaylı illüstrasiyalar kitabın Avropa mənşəyinə mənsub olduğunu göstərir. Əksər səhifələrdə bitkilər (bəzən açıq şəkildə uydurma) və astronomik simvollar göstərilir. Bundan əlavə, kitabda qeyri-adi insanlar, xüsusən də, qadınların çoxlu rəsmləri var.


Bütün bunların nə demək olduğu ilə bağlə müxtəlif təxminlər, fərziyyələr gün üzünə çıxıb. Bəzi mütəxəssislər əlyazmanın Voyniç tərəfindən saxtalaşdırıldığına inanırlar. O antikvar olub və beləliklə, yaxşı pul qazana bilib. Kimsə bu versiyanı nə təsdiqləyə, nə də təkzib edə bilir.


Mənbə: lenta.ru


Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et