
Hər kər gözəl qoxmaq, təravətli olmaq istəyir. Ətir notaları ətirdə müəyyən kompozisiya yaradaraq insanları dərindən cəlb edərək unudulmaz hiss ortaya çıxarır. Bəs gündəlik həyatda istifadə etdiyiniz ətirlərin hansı notalara sahib olduğunu bilirsiniz? Sizlər üçün təqdim edəcəyimiz bu ətir notaları bir çox ətirlərdə sıxlıqla istifadə olunan notalardır :
Sitrus notaları
Sitrus qoxuları təravətli, yüngül və enerjili olurlar. Ən çox istifadə olunan sitrus qoxu notalarına limon, berqamot, portağal kimi sitrus meyvə qoxuları daxildir. Limon ətirə parlaqlıq və kəskin təmizlik, təravət hissi verdiyo halda, berqamot ətirə acımtıl hiss ötürür. Portağal isə şirin qoxu yaradır və yaz-yay fəsillərinin əvəzolunmaz ətirlərindəndir. Sitrus notalarə ətirlərdə ən çox istifadə olunan notalar olduğundan baş (yuxarı) nota hesab olunur və ilk hiss edilən nota təbəqəsini təşkil edir.
Gül notaları
Güllü qoxular ətirlərdə zəriflik və romantika hissi yaradır. Qadın ətirlərində geniş istifadə olunan bu nota gül, yasəmən, zanbaq kimi əsaslı gül qoxularını əhatə edir. Gül notası şirin, ədviyyəli; yasəmən notası isti, ekzotik zərif incəlik bəxş edir; zanbaq notası isə təmiz, yüngül qoxan çiçək notaları arasındadır. Bu növ notalar adətən orta notaları təşkil edir.
Taxta notaları
Taxta qoxuları daha dərin və isti hisslər yaradıraq baza (əsas) notları təşkil edir. Bu notlar ətirin davamlılığını artırır və qoxunu gücləndirir. Səndəl ağacı, sidr ağacı, paçuli kimi notalar ən çox istifadə olunan notalar siyahısındadır. Səndəl ağacı isti, kremli və yumşaq qoxusu ilə rahatlıq; sidr ağacı acımtıl təbii odunsuluğu ilə cəlbedici; paçuli isə torpaqlı mistik və ekzotik qoxusu ilə seçilən notalar arasındadır. Bu kimi notalar əsasən kişi ətirlərinin özəyini təşkil edir, lakin uniseks ətirlərdə də istifadə olunur.
Şərq(oriental) notaları
Şərq və ədviyyat notları isti, ekzotik və cazibədar hisslər oyadır. Hər 5 qadından 4-nün sevdiyi vanil, darçın və kəhraba(amber) qoxuları şərq notalarını təşkil edir. Vanil şirin, kremli qoxusu ilə istilik qatır; darçın ədviyyalı qış ətirlərinin əsasını təşkil edir; kəhraba (amber) şirin, isti, yüngül muskus qoxusuyla təsir edici bir baza notudur. Bu notalar əsasən ətirlərin uzun müddət qalıcılığını təmin etmək üçün istifadə edilən notalardandır.
Mənbə: Forbidden
Tərcümə etdi: Dilbər Paşazadə
