Bir çoxumuz müəyyən obyektlərin, vəziyyətlərin və ya heyvanların yanında özümüzü narahat hiss edirik. Hörümçəkləri və ya liftləri sevməyə bilərik, amma onlara dözə bilərik. Biz ictimai nitqdən nifrət edə bilərik, amma lazım olanda bunu edə bilərik. Ancaq bəzilərimiz üçün müəyyən bir şey və ya vəziyyət o qədər qorxuya səbəb olur ki, ondan qaçmaq üçün çox səy göstəririk və nəticədə, həyatımızı əziyyətli şəkildə yaşayırıq. Bu vəziyyətdə bizdə spesifik bir fobiya ola bilər.

İndi hörümçək fobiyası(araxnofobiya), liftlər (elevatofobiya) və ya ictimai danışıq(qlossfobiya) kimi fobiyalar olduqca yayğındır, lakin bir çox insanlar, həqiqətən də, qeyri-adi fobiyalardan əziyyət çəkir. Budur, yəqin ki, varlığını heç vaxt eşitmədiyiniz 10 fobiya:
1)Ablutofobiya(Çimmək qorxusu):Yetkinlərdə qeyri-adi olsa da, bir çox körpələr inkişafının bir hissəsi olaraq bir neçə həftə və ya ay ərzində çimmək qorxusunu yaşayırlar. Yetkinlərdə ablutofobiya erkən su travması ilə əlaqəli ola bilər və gigiyena problemləri səbəbindən sosial problemlərə səbəb ola bilər.
2)Eyzotrofobiya(Güzgülərdən qorxma):Bu güzgülər özünü təsvir problemləri və ya qorxu filmlərindəki səhnələr haqqında mövhumat fikirlərdən qaynaqlana bilər.
3)Chaetofobia(Saç qorxusu):Bu fobiyası olan insanlar tez-tez başqalarının saçlarından və bəzən hətta heyvan tüklərindən belə qorxurlar. Onlar qalın, qıvrım qılları olan insanlardan qaça bilər və ya sadəcə boş saçlardan qorxa bilərlər. Bəziləri saçın çirkli olduğuna inana bilər və onunla təmasda olmaq onlarda bu fobiyanın yaranmasına səbəb ola bilər.
4)Linonofobiya(İpdən qorxma):İnsanlar iplik, kəndir, ayaqqabı bağları və ipə bənzəyən digər materiallardan həddindən artıq qorxa bilərlər.
5)Hippopotomonstrosesquippedaliophobia(Uzun sözlərdən qorxmaq):Bu termini icad edən şəxsin "əyləncəli" yumor hissi var idi. Sesquipedalophobia olaraq da bilinən bu qorxu sosial fobiya tərəfindən daha yaxşı izah edilə bilər, çünki bu, çox vaxt uzun sözləri tələffüz edərkən özünü utandırmaq qorxusunu ehtiva edir.
6)Omfalofobiya(Göbəkdən qorxmaq):Bu qorxusu olan insanlar çimərlikdən,hovuzlardan və ya məruz qalma ehtimalı olan digər yerlərdən qaça bilərlər. Ağır hallarda onlar öz qarın düymələrini lent və ya sarğı ilə örtə bilərlər.
7)Lachanophobia(Tərəvəzdən qorxmaq):Bu fobiya siz desert təklif edənə qədər öz boşqabında brokoli itələyən beş yaşlı uşağınızı təsvir etmir. Bu fobiyası olan insanlar tərəvəzləri görəndə və ya sadəcə düşünərkən belə həddindən artıq narahat olurlar.
8)Tripofobiya(Sıx yığılmış dəliklərdən qorxmaq):Bəzi tədqiqatlar göstərir ki,bu,deşik qorxusu ilə bağlı daha az, zərərsiz obyektlərin təhlükəli heyvanlarla şüursuz əlaqəsi ola bilər, çünki onlar müəyyən xüsusiyyətlərə malikdirlər.
9)Qlobofobiya(Şarlardan qorxmaq):Bu fobiya tez-tez keçmiş təcrübələrdən və ya yüksək səsli "partlama"səsləri ilə əlaqəli travmatik hadisələrdən yaranır. Oprah Winfrey 2013-cü ilin oktyabrında şarların ətrafında olduğu zaman narahatlıq hiss etdiyini bildirib:"Onları sevmirəm, çünki onlar mənə atəş səslərini xatırladır".
10)Nomofobiya(Telefonsuz qalmaq qorxusu):Bu, çoxumuza aid edilə biləcək bir məsələdir, biz sadəcə telefonsuz olmaq, bitmiş batareyaya malik olmaq və ya mobil xidmətin olmaması ilə bağlı güclü və davamlı narahatlıq keçiririk
Mənbə:AthenaCare
Tərcümə etdi:Fidan Şahbazlı
