Bu gün:

Ağladıqdan sonra niyə yuxumuz gəlir?


Hər bir insan həyatda müxtəlif anlarda emosional gərginlik və stres hissi yaşayır. Bəzi insanlar bu gərginliyi ağlamaq ilə atmağa çalışır. 

Ağlamaq bədənin özünü rahatlatmaq üçün seçdiyi bir mexanizmdir, amma maraqlı bir sual yaranır: Ağladıqdan sonra niyə yuxumuz gəlir? Bu suala cavab tapmaq üçün ağlamanın fizioloji və psixoloji aspektlərinə nəzər salmaq vacibdir.

Ağlamaq bədənin müxtəlif emosional reaksiyalarına cavab olaraq ortaya çıxan bir prosesdir. Ağladıqca, bədənin içindəki stress hormonları (məsələn, kortizol) azalır. Beyin bu hormonları ifraz etməklə bədənin gərginliyini artırır, ancaq ağlama bu kimyəvi maddələri "yox edir". Bu da, beynin və bədənin rahatlamağa başlamasına səbəb olur. Emosional bir yükün atılması, həm fiziki, həm də psixoloji olaraq yorğunluğa gətirib çıxara bilər. Ağlama zamanı bədənin rahatlaması və psixoloji gərginliyin azalması nəticəsində yuxu hissi daha da güclənir.

 Ağlamaq təkcə emosional bir təcrübə deyil, həm də sinir sisteminə təsir edərək bədənin fiziki funksiyalarını dəyişdirir. Ağlama zamanı sinir sistemi sakitləşməyə başladıqca bədən enerji sərf edir və bu da yuxu ehtiyacını artırır. Bu proses həm bədənin, həm də sinir sisteminin rahatlamasına səbəb olur ki, bu da adətən yuxuluq hissini yaradır. Nəticədə beyin daha sakit və balanslı vəziyyətə keçir, bədən daha dərin və rahat bir yuxu rejiminə daxil olur.

Ağlamaq həm də psixoloji olaraq insanı yüngülləşdirir. İnsanlar ağladıqda, çox vaxt özlərini daha "rahat" hiss edirlər. Bu psixoloji rahatlama bədənin fiziki yorgunluğunu daha da artırır. Emosional azadlıq və rahatlama hissi, yuxu ehtiyacını artıran bir digər amildir. Bu vəziyyət, beynin rahatlaması və bədənin təbii olaraq yuxu üçün hazırlığa başlaması ilə əlaqəlidir.

Ağlamaq bədənin təbii bir reaksiyasıdır və bu reaksiyanın fiziki və psixoloji faydaları vardır. Ağlama prosesi stress və emosional gərginliyi azaltmağa kömək edir, bununla da yuxu ehtiyacı yaranır. Bu, bədənin özünü bərpa etməsi üçün olan bir vəziyyətdir. İnsanlar ağladıqdan sonra daha rahat bir vəziyyətə gələ bilir və bu, onların yuxuya getmələrini asanlaşdırır. Beləliklə, ağlama həm bədən, həm də ruhi vəziyyəti yaxşılaşdırmağa kömək edən təbii prosesdir.

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova


Paylaş
Şərh əlavə et