Bu gün:

İkonikləşən “catwalk” necə meydana gəlib?


İkonikləşən “ketvolk” termini moda dünyasında modellərin podyumda gəzərək dizaynerlərin kolleksiyalarını təqdim etdiyi yeriyiş kimi tanınır. Ketvolk, xüsusilə yüksək modada bir növ şou elementi olaraq modellərin öz geyimlərini tamaşaçılara nümayiş etdirmək üçün istifadə etdiyi podyum hiyləsidir.



Ketvolkun kökləri 19-cu əsrin sonlarına, modanın podyumlarda nümayiş etdirildiyi dövrlərə gedib çıxır. Bu dövrlərdə Paris və Londonda moda nümayişləri daha çox keçirilməyə başlanılıb və moda dizaynerləri öz müştərilərinə geyimləri göstərmək üçün modellik edən qadınları, yəni  manikenləri işə götürüblər. Bu nümayişlər hələ o zaman indiki modern ketvalk qadınların nümayişi kimi olmayıb. Hər nə qədər o dövrdə moda inkişaf etməsə də, bu sahədə atılan addımlarla müasir modanın bünövrəsi qoyulub.


İlk ketvolk anlayışı Parisdə və Nyu Yorkda inkişaf etməyə başlayıb. Parisli dizayner Paul Poyret bu dövrlərdə xüsusi moda şouları təşkil edərək modelləri tamaşaçıların qarşısında podyumda gəzdirməyə başlayıb. Bu, müasir ketvolkun ilkin formalarından biri hesab olunur.


 20-ci əsrin sonlarına yaxın musiqi və işıqlandırma ketvolkun bir hissəsi olub və bu, moda şoularına teatrallıq qataraq daha çox tamaşaçı cəlb etməyə başlayıb. Modellərin addımları musiqinin ritminə uyğunlaşdırılıb və tamaşaçılar üçün daha təsirli bir vizual təcrübə yaradılıb.


1980-1990-cı illər ketvolkun ən yüksək dövrü hesab olunur. Bu illərdə Naomi Kampbel, Sindi Krouford və digərləri kimi supermodellər bu sahədə məşhurlaşaraq ketvolku bir sənət formasına çeviriblər. Bu dövrlərdə ketvolk, moda nümayişlərinin əsas elementi və simvolu halına gəlib. 


Mənbə : Forbidden, Britannica

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et