Bu gün:

Dünyanın 9 qəribə “Yeni il” adəti


Yeni ilə az bir müddət qaldığı bu günlərdə ölkələrdə Yeni il ab-havası hiss edilməyə başlanıb. Evləri bəzəyən şam ağacları, Yeni il hədiyyələri, bəzəkli şam oyuncaqları, parlaq işıqlar… Bunlar Yeni ilə sadəcə hazırlıqdır. Hər bir xalqın özünə məxsus Yeni ili qarşılama adətləri olur. Sizin üçün 9 qəribə yeni il adətini toplamışıq :


Yeni ilə sağ ilə başlayın!

Şotlandiya və Yunanıstanda “ilk addım” qədimdən qalmış Yeni il ənənəsidir. İnanılır ki, Yeni ildə evə birinci girən şəxs ya şans, ya da bədbəxtlik gətirəcək.

Bəs bu necə olur? 

Saat gecə yarısını vuran kimi həyat yoldaşınızın dostunun evinə ilk ayaq basan bir yarış başlayır. Dostların və ya qohumların evə sağ ayaqla girməsi şans əlamətidir və 'ilk ayaqlar' da ziyarət etdikləri evlərə pul, çörək və duz kimi bolluğun mədəni simvollarını aparır.


Tullan! Şansı özünə çək!

Daha çox ayaq və daha çox insanı cəlb etmək istəyirsinizsə, danimarkalılar kimi həyat yoldaşınız, dostlarınız və sevdiklərinizlə stuldan tullanaraq yeni ili qeyd edə bilərsiniz. Bunun pis ruhları qovduğuna və şans gətirdiyinə inanılır. Braziliyalılar isə tullanmanı bir addım da irəli aparır və yeni ilin əvvəlində sahilə gedərək 7 dalğanın üstündən tullanır və yeni il üçün 7-nin şans gətirməsini arzulayırlar.


Xoşbəxtlik 12 üzümdə!

İspaniyada və ispan dilinin üstünlük təşkil etdiyi digər latın ölkələrində insanlar yeni ilə üzüm yeyərək girirlər. 12 üzüm yeməyin 12 ay xoşbəxtlik və firavanlıq gətirəcəyinə inanılır. Bunun üçün saatların 12-ni göstərməsi lazımdır.


Rəngarəng yeni il üçün rənglərə inan!

Geyim və onların rəngləri ilə bağlı bir çox ənənələr var. Braziliyada Yeni il ərəfəsində şər ruhları qovmaq üçün ağ paltar geyinirlər. Çində qırmızı, uğurlar üçün geyilir. Bütün dünyada Yeni il ənənələrinə nəzər saldıqda deyə bilərik ki, alt paltarının rəngi də mühüm elementdir. (sarı: sağlamlıq və uğur; qırmızı: sevgi və romantika; ağ: sülh, uyğunluq, xoşbəxtlik; çəhrayı: sevgi və harmoniya; yaşıl: rifah mavi: canlılıq və sağlamlıq ).


Nə yediyiniz yeni ildə yaşamınıza təsir edə bilər!

Bəzi ölkələrdə yuvarlaq formalı yeməklərin rifah gətirdiyinə inanılır. İtaliyada mərcimək Yeni il ənənəsi kimi yeyilir. Bunun səbəbi isə formasının pula bənzəməsidir və bütün ilin pulla dolacağına inanılır.


Mənbə: TGRT haber

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et