Şam ağacı ölkəmizdə yeni ilin simvollarından birinə çevrilib. Uşaqlar Yeni il ağacını bəzəməyi xüsusilə sevirlər.

Xristianlıqda Milad ağacı İsa Məsihin doğulması və dirilməsinin simvoludur. Ağacın budaqları və qolları ölümsüzlük simvolu kimi qəbul edilib və İsanın çarmıxda taxdığı tikanlı tacını simvolizə etdiyi deyilib.
Yeni il ağacını bəzəmək üçün istifadə edilən hər bir bəzəyin xüsusi mənası olduğuna da inanılır. Yenə də insanlar bəzəmək üçün olan əşyalarını öz seçimlərinə uyğun seçirlər.
Milad ağacı bəzəkləri xristian inanclarından irəli gələn simvollarla doludur. Ağacın budaqları və qolları ölümsüzlüyü ifadə edir, zirvəsində parlayan ulduz müdriklərə yol göstərdiyinə inanılır.
Ağac budaqlarının kənarında asılan zənglər bu günün sevincini, xoşbəxtliyini ifadə edir. Çələng əsl sevginin təcəssümüdür. Şəkər qamışı isə ədalətin simvoludur.
Mənbə: Hürriyyət
Tərcümə etdi: Sona Osmanova
