Bu gün:

Şaxta baba kimdir?


Yeni il deyiləndə onun adı yada düşür! Yeni ilin ən özəl personajı olan Şaxta baba və onun hədiyyələri hamımızı həyəcanlandırır. Dünyanın bir çox yerində uşaqlar və böyüklər Şaxta babadan gələn Milad ağacının altındakı hədiyyələri xəyal edirlər.

Santa Klaus/Şaxta baba kimdir?

Santa Klaus olduğu düşünülən "Müqəddəs Nikolay" haqqında çox şey məlum deyil. Lakin Nikolayın eramızın III əsrinin sonlarında bu gün Antalya şəhərinin yerləşdiyi Patara bölgəsindəki kiçik bir kənddə doğulduğu düşünülür.

Əfsanələrə görə, "Şaxta Klaus" olaraq da bilinən Müqəddəs Nikolay ilk dəfə Nu-Amsterdama və ya indiki Nuu-York böhranları, holland mühacirləri tərəfindən gətirilib.

Ailəsindən miras qalan böyük sərvətini ehtiyacı olan insanlara kömək etmək üçün xərclədiyi düşünülən Nikolas həyatını insanlığa xidmətə həsr edib.

Rəsmlərdə müqəddəs insan kimi təsvir edilmiş Nikolay xristian xadimi olub. Ailəsindən miras qalan böyük sərvətini xəstə, qocalar və qayğıya ehtiyacı olan uşaqlarla bölüşdürdüyü düşünülüb.

Nikolayın anım günü dekabrın 6-da bayram kimi qeyd olunub. Bayramda uşaqlara hədiyyələr verilib. Beləliklə, Müqəddəs Nikolayın xeyriyyəçiliyi və Allaha və insanlara xidmət etmək üçün fədakarlığı uşaqlara paylanan hədiyyələrlə eyniləşdirilib.

Santa Klausun ilk təsviri 1863-cü ildə Nyu-Yorkda nəşr olunan "Haper's Wikli" jurnalı üçün çəkilmiş cizgi filmi idi.

Cizgi filminin illüstratoru Tomas Nast "Müqəddəs Peterin ziyarəti" filmində Şaxta babanı təsvir edib.

Bugünkü Santa Klaus fiqurunu Hadon Sandblam çəkib. 1931-ci ildə Koka-Kola reklam kampaniyası üçün hazırlanmış Santa Klaus kostyumunun rəngi Koka-Kola çap rəngindən ilhamlanıb. 

Hadon Sandblam Şaxta babanı kök, ağ saqqallı, ağ xəz detalları olan qırmızı kostyumlu, ağ pom-pom papaqlı, qara kəmər və çəkmələrlə çəkib. Şaxta babanın bu obrazı bütün dünyada sevilib. İndiki vaxtda Şaxta baba deyəndə ağıla gələn şəxs o olub.

Mənbə: Onedio

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et