Bu gün:

Qar nədir və necə əmələ gəlir?


Qar dənəsi yağıntı hava kütlələrinin soyuq hava kütlələri ilə qarşılaşması və buxarlanma nəticəsində baş verir. Bu, maye və ya bərk formada qatılaşan və yerə düşən hava kütləsindəki nəm kimi qəbul edilib. 

Qar nədir?

Hava kütlələrindəki rütubət 0°C-dən aşağı düşərkən, mayeyə çevrilmədən birbaşa buz kristallarına çevrilir və yerə düşür. Bu yağıntı formasına "qar" deyilir. Milyonlarla buz kristalı birləşərək qar yağışını əmələ gətirir. Bu birləşmiş kristallara "qar dənəcikləri" deyilir. Qar yağışı, qar dənəciklərinin forması və keyfiyyətlərinə görə müxtəlif növlərə ayrılır: quru qar, sulu qar, qraupel və lopa qar bu növlərə aiddir.

Qar necə əmələ gəlir?

Qar yağışının necə baş verdiyini izah etməzdən əvvəl, bir bölgədə qar yağması üçün tələb olunan iki əsas elementi qeyd etmək vacibdir. Birinci amil, bölgənin dəniz səviyyəsindən yüksəkliyidir. Çünki bölgə dəniz səviyyəsindən nə qədər yüksəkdirsə, orada qar yağma ehtimalı bir o qədər çoxdur. İkinci amil isə coğrafiyanın Ekvator xəttindən uzaqlığıdır. Ekvator xəttindən daha uzaqda yerləşən bölgələrdə qar yağma ehtimalı artır.

Qarın necə əmələ gəldiyinə gəlincə, yerdən buxarlanaraq atmosferə qalxan suyun yerə düşməsi yağıntı adlanır və bu yağıntının bir növü də qar yağışıdır. Qar yağışı, əsasən, belə baş verir: hava kütlələrindəki su buxarları havanın temperaturu aşağı düşdükcə nəm saxlama qabiliyyətini itirir. Daha artıq rütubət daşıya bilməyən hava kütlələri sıxlaşır və qaza çevrilən su, ətrafdakı toz hissəcikləri ilə birləşərək qar hissəcikləri əmələ gətirir. Bu kiçik qar hissəcikləri birləşərək qar dənələri yaradır. Bu qar dənələrinin yerə düşməsi isə qar yağışı adlanır.

Mənbə: Habertürk

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et