Sıx bir mühitdə iki nəfərin göz təması qurması demək olar ki, romantik filmlərdə ən çox istifadə edilən səhnələrdən biridir. Ancaq göz təması kifayət qədər mürəkkəb bir vəziyyətdir və şüuraltı reaksiyaları ehtiva edir.

Bu, hər kəsin başına gəlib: Səs-küylü və izdihamlı bir mühitdə bir insanla göz-gözə gəlirsiniz və ətrafdakı hər şey bulanıq olarkən bir-birinizə baxdığınız an qarşılıqlı bir əlaqə hiss edirsiniz.
Göz təması həmişə o qədər həyəcanverici olmasa da, gündəlik söhbətin təbii hissəsi olaraq vacibdir.
Biri ilə danışarkən onun şəxsiyyətini daha çox göz təması və ya baxışları əsasında qiymətləndiririk. Küçədə gedərkən insanlar bizimlə göz təması qurmasalar, özümüzü rədd edilmiş hiss edə bilərik.
Psixoloq və nevroloqların bu mövzuda illərdir apardıqları araşdırmalar göz təmasının gücü və təsiri ilə bağlı maraqlı faktları ortaya qoyur. Bunlara görünüşümüzün nəyi ortaya qoyduğu və göz təması qurduğumuz insan haqqında düşüncələrimizin necə dəyişdiyi daxildir.
Birinin bizə baxdığını görmək dərhal beynimizdə müəyyən proseslərin başlamasına səbəb olur-qarşımızdakının zehni ilə əlaqə qurduğumuz düşüncəsi oyanır. Düşünürük ki, o insan özünəməxsus perspektivə malikdir və öz davranışımıza daha diqqətli oluruq.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova
