Bu gün:

Ürəyin "mini beyni" aşkar edilib


Alimlər ürəyin yalnız beyindən gələn siqnallarla işləmədiyini açıqlayıblar. Tədqiqata rəhbərlik edən Karolinska İnstitutunun Neyrologiya Departamentindən Konstantinos Ampatzis deyib ki, bu sinir sisteminin ətraflı təhlili aritmiya kimi ürək xəstəliklərinin yenilikçi müalicələrinə yol aça bilər.

Ampatzis “Ürəyin belə mürəkkəb bir neyron şəbəkəsinə sahib olduğunu görəndə çox təəccübləndik. Bu sistemi anlamaq ürək xəstəliklərində inqilab edə bilər" deyib.

Araşdırmada zebra balığı modelindən istifadə edildiyini bildirən mütəxəssislər, bu balıq növünün ürək döyüntüləri və funksiyalarına görə insan ürəyinə bənzər xüsusiyyətlərə malik olduğunu qeyd ediblər.

Həmçinin bildirilib ki, təkhüceyrəli RNT ardıcıllığı, elektrofiziologiya və anatomik tədqiqatlar vasitəsilə zebra balığının ürəyindəki neyronların quruluşu, təşkili və funksiyası ətraflı şəkildə xəritələnib.

Konstantinos Ampatzis araşdırmanın növbəti mərhələsində stress, məşq və ya xəstəlik kimi vəziyyətlərdə ürəyin sinir şəbəkəsinin necə işlədiyini və bu prosesdə beynin rolunu araşdıracaqlarını bildirib.

Əlavə olaraq, Ampatzis ürək neyronlarında pozulmaların müxtəlif pozğunluqlara necə kömək etdiyini anlamaq üçün araşdırmaların davam etdiyini bildirib.

Mənbə: haber türk

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et