Soldan-sağa Milad oyunu qrup şəklində hədiyyə mübadiləsi oyunudur. Oyun zamanı bir hekayə ucadan oxunur və hər dəfə "sağ" və ya "sol" sözləri deyiləndə, iştirakçılar hədiyyələrini sağ və ya sol tərəfə doğru bir-birilərinə ötürürlər.
Bu oyun maraqlı hədiyyələr, konfetlər, mükafatlar və ya Milad bayramına uyğun digər mövsümi əşyalarla oynanıla bilər. Hekayə fərqli ola bilər, lakin adətən Məsihin doğulmasının doğuş hekayəsi və ya məşhur "Miladdan Əvvəlki Gecə" şeiri kimi klassik Milad nağıllarına əsaslanır. Hədiyyələr hekayənin sonuna qədər "sağ" və "sol" sözləri eşidildikcə, dairədə iştirakçılar arasında ötürülməyə davam edir.
Hekayə bitdikdə, oxucu bunu elan edir və oyun başa çatır. Əllərində hansı hədiyyə qalıbsa, işitrakçılar onu saxlayırlar. Bu oyun ailə və dostlar arasında yeni bir ənənə, qruplar üçün sosial bir fəaliyyət və ya bayram tədbirlərində maraqlı bir başlanğıc kimi istifadə edilə bilər.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva