Bu gün:

Dünyanın ilk kinosu


İnsanların ilk dəfə ictimai yerdə film izləmə hadisəsi Paris şəhərində baş verib. 



1895-ci ildə Grand Café-də hər kəsi Lumyer Cinema-dan tamaşaya baxmağa dəvət edən bir plakat yerləşdirilib. Giriş 1 frankdır. Giriş bileti alan hər kəs binanın aşağı mərtəbəsində yerləşən ayrıca zala enirdi. Burada ziyarətçilərin qarşısında qeyri-adi bir şəkil açılıb - divara böyük bir ağ kətan uzanıb və onun qarşısında xarici görünüşünə görə antik kameraya bənzəyən qutusu olan ştativ olub. 


Şou başlayan kimi tamaşaçılar baş verənlərin inanılmazlığından donub qalıblar. 19-cu əsrin sonlarında ekranda baş verənlər hər kəs üçün qeyri-adi görünüb- hərəkətli şəkillər tez bir zamanda bir-birini əvəz edərək süjeti nümayiş etdirib.


Sessiya 10-15 dəqiqə davam edib və hər səhnə həmişə komik eskizlərlə başa çatıb, bunun sayəsində tamaşaçılar ordan şən və yüksək əhval-ruhiyyə ilə ayrılıblar. Maraqlıdır ki, ilk vaxtlar belə sessiyalar əsasən əyləncə məkanlarında - pablarda, barlarda, kafelərdə keçirilib.


Mənbə: kulturologia.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et