
“Şərq ekspresində qətl” — Aqata Kristinin 1934-cü ildə nəşr olunmuş detektiv romanıdır. Bu kitabın mövzusu 1929-cu ildə Şərq ekspresinin qarda ilişib qalması hadisəsindən ilhamlanıb.
Əsərin baş qəhrəmanı belçikalı detektiv Herkul Puaro Şərq ekspresində iş səyahətinə yollanır. Retçet adlı bir adam nəyinsə onu təhdid etdiyini hiss edir və detektivdən kömək istəyir, lakin rədd cavabı alır. Elə həmin gecə Retçet öldürülür və Puaro başa düşür ki, qatarları çovğunda qaldığından və yol qarla örtülü olduğundan qatilin qaçması çətin olacaq. Bu, real hadisələrə əsaslanan süjetdə ilk faktdır.
Detektiv istintaqa başlayır. Puaro kupedə axtarış apararkən üzərində kiçik qız Deyzi Armstronqu qaçıran və qatili olan “Retçet"in əsl adı Kasettinin yazıldığı bir kağız tapır. Bu ikinci gerçək hekayədir. Müəllifi zəngin valideynlər olan Çarlz Lindberq və Enn Morrounun övladının qaçırılması haqqında yazılan bir qəzet ilhamlandırıb. Qaçırılan şəxs ailədən 50 min dollar fidyə tələb edib. Onlar naəlaclıqdan lazımi məbləği toplayıblar, lakin uşaq onlara qaytarılmayıb. İki ay sonra uşaq Lindberq malikanəsindən dörd mil məsafədə tapılıb. Həkimlər onun cəsədinin bir neçə aydır orada olduğunu öyrəniblər.
“Şərq ekspresində qətl” romanı təkcə Aqata Kristinin zəngin təxəyyülü deyil, həm də onun öz təcrübəsinə, real hadisələrə və müəllifin ruhunun bir parçasına edilən sərmayədir.
Mənbə: livelib.ru
Tərcümə etdi: Fatimə Kərimli
