Doğum gününü qeyd etmək adəti qədim Misirdə başlayıb, daha sonra bu adət Aşşura yayılıb. Lakin o, yalnız fironlara, padşahlara və onların varislərinə aid edilib.

Uzun müddət qadınların ad günləri nəinki qeyd olunmaq, hətta yada belə salınmayıb. Bu günü qeyd edilməyə layiq görülən ilk qadın Misir kraliçası II Kleopatra olub. Adi insanlara gəldikdə, bu imtiyazdan yalnız ailə başçısı, yəni atalar istifadə edib. Qadınlar və uşaqlara xüsusi diqqət yetirilməyib.
Xristianlığın yayılması ilə ad günlərini qeyd etmək ənənəsi tədricən yoxa çıxıb. Qədim xristianlar sevincli bir hadisənin dünyaya gəlişi deyil, insanın getməli olduğuna inanıblar. Bundan əlavə, bütpərəstlərdən yəni, misirlilərdən, yunanlardan və romalılardan miras qalan ənənələr kilsə tərəfindən təşviq edilməyib. Ancaq tədricən XII əsrə qədər kilsənin mövqeyi yumşalıb və sonra ailələrdə yalnız yetkin kişilərin deyil, həm də qadınların və uşaqların ad günlərini qeyd etməyə başlayıblar.
Mənbə: m.nkj.ru
Tərcümə etdi: Fatimə Kərimli
