Rəqəmsal dünyanın sürətlə böyüdüyü və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda Telegram məşhur mesajlaşma tətbiqinə çevrilib. Bəs, bu tətbiqin arxasında kim dayanır?

Telegram-ın qurucusu Pavel Durov məxfilik və azadlıq prinsipləri üzərində qurulmuş bu platforma ilə diqqət çəkir.
Telegramın yaranması
2013-cü ildə əsası qoyulan Telegram başdan-başa şifrələməsi və istifadəçi məxfiliyinə önəm verməsi ilə tez bir zamanda məşhurlaşıb. Durovun məqsədi mesajlaşarkən insanların özlərini təhlükəsiz və azad hiss etmələrini təmin etmək olub.
Telegramın məxfilik və təhlükəsizlik siyasəti
Telegram digər mesajlaşma proqramlarından fərqli olaraq, istifadəçilərə daha çox məxfilik vəd edir. Mesajlar uç-to end şifrələmə ilə qorunur və şirkət istifadəçi məlumatlarını paylaşmamaq üçün ciddi qaydalar tətbiq edir. Bu, platformanı bütün dünyada təhlükəsiz mesajlaşma seçimi kimi fərqləndirir.
Telegram, həmçinin “gizli söhbət” funksiyası ilə əlavə təhlükəsizlik qatı təklif edir. Bu söhbətlər cihazlar arasında sinxronlaşdırılmır və müəyyən bir müddətdən sonra mesajlar avtomatik olaraq silinir.
Telegramın sahibi kimdir?
Telegram rəsmi olaraq Telegram Messenger LLP tərəfindən idarə olunur və şirkətin baş ofisi Dubayda yerləşir. Bununla belə, Telegramın əsas səhmdarı və nəzarəti Pavel Durovdur. Böyük texnologiya şirkətlərindən bir çox satın alma təkliflərini rədd edən Durov Telegramın müstəqil qalmasını təmin edib.
Durov Telegramın müstəqilliyini qoruyaraq böyük texnologiya şirkətlərinə müqavimət göstərməkdə davam edir. Gizlilik və azadlıq prinsiplərinin qorunmasında güzəştə getməyən Telegram reklamlarla istifadəçi təcrübəsini pozmayan və heç bir hökumətin təzyiqi altında fəaliyyət göstərməyən nadir platformalardan biridir.
Məxfilik və təhlükəsizliyə sadiqliyi ilə Telegram bütün dünyada sürətlə böyüməyə davam edir. Xüsusilə 2021-ci ildə WhatsAppın məxfilik siyasətində edilən dəyişikliklərdən sonra milyonlarla yeni istifadəçi Telegrama keçib. Pavel Durovun rəhbərlik etdiyi bu proqram gələcəkdə istifadəçilərinin şəxsi məlumatlarını qoruyaraq populyarlığını artırmağa davam edəcək.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
