Bu gün:

Şaxta babanın ilhamı-Müqəddəs Nikolayın məzarı tapılıb


Türkiyədə arxeoloqlar Şaxta baba üçün ilham mənbəyi olan Müqəddəs Nikolayın məzarını tapdıqlarını düşünürlər.


Arxeoloqlar IV əsrdə yaşamış xristian yepiskopu, sonradan Santa Klausun ilhamçısı olmuş Müqəddəs Nikolayın dəfn olunduğu yeri aşkar etdiklərinə inanırlar.

Bir vaxtlar yepiskop kimi xidmət etdiyi Demredəki Müqəddəs Nikolay kilsəsinin altında tədqiqatçılar onun dövründən qalma dəfn üslublarına uyğun bir sarkofaq tapıblar. İndiyə qədər yalnız qapaq aşkar edilsə də, buranın, həqiqətən, Müqəddəs Nikolayın istirahət yeri ola biləcəyinə ümidlər böyükdür.

Müqəddəs Nikolayın həyatının çox hissəsi sirlə örtülüb, lakin tarixçilər onun səxavətli xeyriyyəçilik hərəkətləri ilə Roma dövründə şöhrət qazanmış Yunan əsilli erkən xristian lideri olduğuna inanırlar. Eramızın 343-cü ildə ölümündən sonra onun qalıqlarının əsrlər boyu dəfələrlə köçürüldüyü üçün Avropanın müxtəlif ərazilərinə səpələndiyi bildirilir.

Əvvəlki tədqiqatlar müxtəlif qalıqların, bəlkə də, Müqəddəs Nikolaya aid ola biləcəyi qənaətinə gəlib, lakin bu yeni kəşf, nəhayət, məsələni birdəfəlik həll edə bilər.


Mənbə: allthatsinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et