“The New York Times” qəzeti “İlin ən dəbli məşhurları” siyahısına istər gündəlik həyatda, istər qırmızı xalçada, istərsə də hər mühitdə öz tərzindən istifadə edərək özünü ifadə edə bilən, tərzi ilə diqqət çəkən məşhur adlarını daxil edib.

2024-cü ildə stili ilə seçilən məşhurlar:
Daniel Kreq
"Ceyms Bond" obrazı ilə yadda qalan britaniyalı aktyor Daniel Kreyq moda dünyasına addım atıb. Queer filmi ilə gündəm olan ulduz Loewe markası üçün kamera qarşısına keçib.
Aktrisa qırmızı xalçada yeni saç düzümü və fərqli üslubu ilə diqqət çəkməyi bacarıb.
Demi Mur
90-cı illərdə iz qoymuş "Ghost" filmi ilə şöhrət qazanan Demi Mur son olaraq "The Substance" filmində rol alıb.
Performansı ilə bəyənilən ulduz tərzi ilə də adından söz etdirib.
Adele
"Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in the Deep" hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasdakı konsertlərindəki çıxışları ilə stilini yeni səviyyəyə qaldırıb.
Colman Domingo
Emmi mükafatlı HBO serialı "Euphoria"da rol alan və "Sing Sing" filmi ilə Oskar yarışına qatılacağı gözlənilən aktrisa tərzi ilə bəyənilib.
Zendaya
Dune: Desert Planet Part 2 filminin ulduzu Zendaya stilisti Law Roach ilə qırmızı xalçada inanılmaz görünüşlər yaratmağa davam edib.
Chappell Roan
"Good Luck, Babe!" 2024-cü ildə mahnısı ilə iz buraxan Roan özünəməxsus stili ilə də bəyənmə qazanıb.
Sandra Hüller
Ötən il “Maraq zonası” və “Payızın anatomiyası” filmləri ilə iz qoyan aktyorun zərif və iddialı stili də tam qiymət alıb.
Cynthia Erivo və Ariana Grande
Wcked filminin ulduzları personajlarının geyinmə tərzindən ilhamlanaraq qırmızı xalçada dəbli görünüş əldə ediblər.
Beyons
"Kovboy Karter" albomu ilə 2024-cü ildə iz buraxan və hər hərəkəti ilə gündəm olmağı bacaran Beyons bu il də siyahıdadır.
Charli XCX
2024-cü ildə "Brat" adlı albomu ilə öz sözünü deyən britaniyalı müğənni təkcə mahnıları ilə deyil, stili ilə də çox danışılıb.
Radhika Tacir və Anant Ambani
Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambani və Radhika Tacirin günlərlə davam edən şənliklərdəki tərzi ilə də The New York Times-ın siyahısına düşüb.
Nicola Coughlan
Bridgerton serialının ulduzu hər tədbirdə özünəməxsus tərzi ilə diqqət çəkməyi bacarıb.
Tyla, Phyllis Kao, Flavor Flav, Larry David, LeBron James və Bronny James, Jean Smart, Dylan Bachelet, Apple Martin və Ayo Edebiri kimi adlar da siyahıya daxil edilib.
Mənbə: NTV
Tərcümə etdi: Səma İsmayılova
