Bu gün:

İrina Şeyk kimdir?


İrina Şeyk- Rusiyalı supermodel və aktrisadır. 

Uşaqlıq illəri

İrina Şeyk və ya İrina Şeyxislamova 6 yanvar 1986-ci ildə Çelyabinskin Yemanjelinske şəhərində anadan olub. 14 yaşında atasını itirən İrina anası və bacısı Tatyanayla qalır. Anası qızlarını böyütmək üçün 2 işdə işləyib. 

Şəhərdə 4 nömrəli məktəbi bitirdikdən sonra, Çelyabinsk şəhərindəki Çelyabinsk İqtisadiyyat kollecinə qəbul olub. Yerli imic-klubun rəhbərləri İrinaya diqqət yetirərək, onu “Svetlana” model agentliyinə yönləndiriblər.

Necə məhşur olub?

2004-cü ildə Çelyabinskdə keçirilən “Supermodel” yarışının qalibi olub.

Münsiflər heyətindən olan, vaxtı ilə Natalya Vodyanovanı dünyaya qazandıran Qiya Djikidze bu dəfə də İrinanı dünyaya tanıdır. Və İrina özünü model kimi Parisdə göstərməyə başlayır. 

Bir neçə il sonra İrina artıq Guess, Victoria’s Secret, La Perla, Versace, Givenchy kimi brendlərin modeli olub və Vogue, Glamour, Vanity Fair kimi jurnallarda yer alıb. 

Özəl həyatı:

2010-cu ildə model futbolist Kriştianu Ronaldo isə sevgili olub. Amma Ronaldonun xəyanəti ilə sevgiləri bitib. 

2017-ci ildə aktyor Bredli Kuperlə evliliyindən Lea adlı bir qızı olub.

Hal-hazırda isə İrina özəl həyatında heç kim olmadığını bildirir. Daha çox özünə və qızına vaxt ayırdığını qeyd edir.

Mənbə: Lenta ru

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et