
İstifadə etdiyiniz ətirlər arasında yəqin ki dior ətri də var. Bəs heç bu ətrin tarixi haqqında düşünmüsünüzmü? Bu məqalədə dior ətirlərinin tarixinə nəzər yetirəcəyik.
Markanın tarixi:
Kristian Dior 1905-ci ildə Fransada anadan olub. 1938-ci ildə Moda dünyasına dizayner Robert Pikenin moda evində başlayaraq daxil olub. İkinci dünya müharibəsindən sonra 1946-cı ildə öz moda evini açıb. Tez zamanlarda məhşurlaşan Kristian Dior 1957-ci ildə dünyasını dəyişib. Buna baxmayaraq, yaratdığı moda evi günümüzə qədər qorunub və saxlanılıb.
Ətirlərin tarixi:
Qadınlar Diorun geyimlərini geyinsələrdə eyni zamanda onun ətirlərindən istifadə etmək istəyirdilər. Və markanın ilkin uğurlarından sonra Miss Dior ətiri Kristian tərəfindən yaradıldı. Ətir tez zamanda 20-ci əsrin simvoluna çevirilib. Kristian Dior ətri haqqında belə danışıb: “O, yaşıl jasminli gecənin melodiyasıyla ərsəyə gəlib”. Vaxt keçdikcə Dior ətirləri daha da çoxalmağa başlayıb.
Əsrin ən simvolikləri isə:
1. Eau Savage (1966)
2. Poison (1985)
3. J’adore
4. Addict
Mənbə: goldstick
Tərcümə etdi: Fatimə Umarbəy
