
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) ilk dəfə olaraq qalaktikamızın formalaşdığı zaman necə göründüyünün şəklini çəkib və bu, kosmos alimlərini Milad bayramı kimi hiss etdirib. Şəkildə kosmosda asılmış Milad ağacı çubuqları kimi görünən müxtəlif rəngli on top ulduz görünüb. Elm adamları ilk dəfədir ki, qalaktika yaratmaq üçün birləşən ulduz yığınlarının şahidi olublar və Kainatın necə yarandığına dair ipuçları tapıblar. Elm adamları uzaq qalaktikaya Atəşböcəyi Sparkle adını veriblər, çünki o, həm də çoxrəngli atəşböcəyi sürüsünə bənzəyir.
Tədqiqata rəhbərlik edən Massaçusetsdəki Wellesley Kollecinin doktoru Lamiya Mövlana deyir ki: “Burada biz əslində, qalaktikaya baxırıq, çünki o, kərpic-kərpic əmələ gəlir. Adətən ətrafımızda gördüyümüz qalaktikalar artıq əmələ gəlib, ona görə də biz bu prosesi ilk dəfə görürük”. Doktor Mövlanın sözlərinə görə, ulduz çoxluqları müxtəlif rənglərdədir, çünki onlar formalaşmalarının müxtəlif mərhələlərindədirlər. “Bu, çox gözəldir, çünki qalaktikanın erkən həyatı son dərəcə aktivdir”,- deyib.
NASA-nın Ceyms Uebb Kosmik Teleskopundan alınan bu görüntüdə Kosmosun qaranlıq fonunda nəhəng qalaktika çoxluğu içərisində minlərlə parıldayan qalaktikalar görünür. Şəkildə Atəşböcəyi Sparkle qalaktikasının çoxluq içərisində yerləşdiyi yerdən xəbər verən qırmızı dairə var.
JWST tərəfindən aşkar edildiyi kimi, qalaktika minlərlə parıldayan ulduzdan ibarət böyük bir çoxluq içərisindədir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
