Bu gün:

Keçmişdə insanların ev heyvanları


Ev heyvanları dedikdə ağıla ilk gələn canlı təbii ki, pişiklərdir. Bu gün də pişiklər insan həyatında çox mühüm yer tutur. Qədim misirlilər bu heyvanlara təkcə dost kimi deyil, ilahi varlıqlar kimi baxırdılar.

Heyvanlara sevgi qədim Romada kifayət qədər inkişaf etmişdi, lakin ən diqqətəlayiq hekayə İmperator Kaliqulanın sevimli atı İncitatusa böyük sədaqətidir. Kaliqula hətta İncitatu senator etməyi düşünürdü.

Kaliqula atı üçün mərmərdən tövlə tikdirərək, onu qiymətli daşlarla bəzədərək və ətrafını qulluqçuları ilə əhatə edərək heyvanlara olan sevgisini həddindən artıq göstərirdi. Romalıların təkcə atlarla deyil, meymunlarla da yaşadığı da məlumdur. Bu meymunlar musiqi çalmaqdan tutmuş nizə atmağa qədər bir çox heyrətamiz şeylər edə bilirdilər.

Qədim yunan qadınlarının quşlara olan sevgisi ev heyvanlarının tarixində daha bir maraqlı məqamı təşkil edir. Ördəklər, qazlar və hətta toyuqlar evlərdə sərbəst gəzə bilirdilər və sahiblərinin sevgisini qazanırdılar.

Qədim Romada ilanlar hamilə qadınlar və körpələrlə yatmaq üçün kifayət qədər təhlükəsiz hesab olunurdu. Hətta sərinləmək məqsədilə ilanları boyunlarına dolayanlar da olub.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et