Bu gün:

Misir qəssablarından bu günə kimi hündürdaban ayaqqabıların maraqlı tarixi


Hündürdaban ayaqqabılarla bağlı müxtəlif və maraqlı söz-söhbətlər var. İlk ağıla gələn kişidən qısa olan qadının ayaq uzunluğunun imkan verdiyi qədər bu boy fərqini azaltmasını təmin etməkdir. İkincisi, bu tip ayaqqabıların forması artıq "qadın"dır. Zərifliyi, kövrəkliyi, seksuallığı və gözəlliyi vurğulayır. Bundan əlavə, hündürdaban ayaqqabı geyən ayaq daha sıx və incə görünür və ayağın əyri forması topuqları vurğulayır. Nəhayət, onların üzərində dayanmaq avtomatik olaraq bədəni ağır, zərif, dik və diqqətli olmağa təşviq edir. Böyük addımları, qəfil hərəkətləri, nizamsız addımları və balanssız basışları bağışlamır.


Əslində misirli qəssabların ayaqlarını yerdə qandan qorumaq üçün hündürdaban ayaqqabılardan funksional olaraq istifadə etməyə başladığı, Monqol atlılarının isə üzəngiləri daha yaxşı tutmaq üçün funksional olaraq istifadə etməyə başladığı tarixdə görülüb. Amma zəriflik üçün hündürdaban ayaqqabıların ilk istifadəsi, rəvayətə görə, 16-cı əsrdə Florensiya cəmiyyətinin elit bir ailəsi, bir hersoqla evlənəcək kiçik qızlarının nikah mərasiminin möhtəşəmliyinə heyran qalacağından narahat olaraq, bu vəziyyətə çarə tapmaq üçün bir çox insanla məsləhətləşir.  Leonardo  da Vinci bu günə qədər qalan bu ayaqqabının ideyası ilə gəldi. Bir müddət sonra bu parlaq ayaqqabılar status simvoluna çevrilir.


Moda qabaqcılı 18-ci əsrdə Parisdə yenidən ortaya çıxsa da, geniş yayılmağa başlasa da, 19-cu əsrdə Amerika maşınlarla kütləvi istehsal yolu ilə qurduğu ayaqqabı fabriklərində möhkəm, rahat ayaqqabıları ön plana çıxardı və padşahlığını geridə qoydu. 1951-ci ildə Paris əks-hücuma keçərək dikdaban ayaqqabıları yenidən qadınların gündəminə gətirməyi bacardı. Fransız ayaqqabı dizayneri Charles Jourdan iynə dabanlı "stiletto" ayaqqabı tərzi ilə yeni bir cığır açır. Hündürdaban ayaqqabıların qadının sürətini əlindən aldığı, hərəkətsiz hala gətirdiyi və geri çəkilməsinə səbəb olduğu kimi feminist ittihamlar var. Bunun məqsədi olduğuna dair heç bir aydın dəlil olmasa da, ortopedik narahatlıqlara səbəb ola biləcəyi, hərəkətləri məhdudlaşdıra biləcəyi və duruş səhvləri səbəbindən ayaqlarda və hətta onurğa beyni ilə problemlər yarada biləcəyi üçün real risk var. Amma rəvayətlərin ən maraqlısı, əslində hündürdaban ayaqqabılar üzərində dayanan qadının ayaq əzələlərindən başlayan gərginliyə səbəb olur ki, hətta vaginal nahiyədəki əzələləri sıxan mexanizm yarana bilər. 

Tərcümə etdi: Mina Yadigarlı 

Mənbə: Buzzfeed


Paylaş
Şərh əlavə et