Bu gün:

Tarixdə itmiş sivilizasiyalar və onların sirləri


Tarix boyu bir çox böyük sivilizasiyalar qurulub, inkişaf edib və nəticədə, yoxa çıxıb. Bəzi sivilizasiyaların süqutunun səbəbləri zamanla aşkara çıxsa da, bir çoxu hələ də sirr olaraq qalır. Bu itmiş mədəniyyətlər arxada qoyduqları xarabalıqlar, yazılı izlər və gizli əşyalar vasitəsilə bizə öz hekayələrini danışmağa davam edirlər. Qədim şəhərlər və sivilizasiyalar bəzən iqlim dəyişikliyi, müharibələr və digər amillərlə məhv olsa da, onların itməsi barədə bir çox nəzəriyyələr mövcuddur.

Gəlin birlikdə bu nəzəriyyələrə və qədim sivilizasiyalara nəzər yetirək:

1. İndus sivilizasiyası

İndus sivilizasiyası, həmçinin Harappa sivilizasiyası kimi tanınır, qədim tarixdə ən böyük sivilizasiyalardan biri idi və Hindistan, Pakistan və Əfqanıstanın bəzi hissələrini əhatə edərək təxminən beş milyon insana ev sahibliyi edirdi. Çiçəklənmə dövründə bu sivilizasiya digər nailiyyətləri ilə yanaşı, dünyanın ən təsirli memarlığından bəzilərinə sahib idi. Təxminən 3,000 il əvvəl səbəbi məlum olmayan bir şəkildə yoxa çıxdı. Bir nəzəriyyəyə görə, sivilizasiya quraqlıq və aclıqla nəticələnən iqlim dəyişikliyinin qurbanı oldu.


2. Maya sivilizasiyası 

Maya imperiyası öz zirvəsində Yucatán yarımadası müasir Guatemala, Belize və Meksikanın bəzi hissələrini əhatə edərək dövrünün ən güclü sivilizasiyalarından biri idi. Maya xalqı çox inkişaf etmişdi, inanılmaz mühəndislik bacarıqları nümayiş etdirir və mürəkkəb riyaziyyatdan istifadə edirdi. Lakin sivilizasiya özünü davam etdirməkdə çətinlik çəkdi və təxminən 900-ci ildə dramatik bir süqut yaşayıb. Arxeoloqlar indi inanırlar ki, Maya xalqı davamlı müharibələr və iqlim dəyişikliyinin nəticəsi olaraq meydana gələn aclıq və resursların tükənməsi səbəbindən ən böyük şəhərlərindən köç etməyə məcbur oldular. Kəndlərin məhv olması və resursların azalması da bu süqutda rol oynaya bilər.


3. Kmer sivilizasiyası 

Kmer imperiyası müasir Kamboca ərazisinə yayılmışdı. Anqor sivilizasiyanın ən böyük şəhərlərindən biri olub, geniş yollar və kanallar sistemi ilə təxminən bir milyon əhalisi olan bir şəhər idi. Kmer imperiyası 1000 və 1200-cü illər arasında zirvəsinə çatmışdı, lakin mütəxəssislər sivilizasiyanın yox olmasına nə səbəb olduğunu dəqiq bilmir və onun şəhərləri qaçılmaz meşənin təsirinə tərk edilib. Nəzəriyyələr müharibədən, ətraf mühit fəlakətinə qədər müxtəlif səbəbləri təklif edir.


3. Kmer sivilizasiyası 

Kmer imperiyası müasir Kamboca ərazisinə yayılmışdı. Anqor sivilizasiyanın ən böyük şəhərlərindən biri olub, geniş yollar və kanallar sistemi ilə, təxminən bir milyon əhalisi olan bir şəhər idi. Kmer imperiyası 1000 və 1200-cü illər arasında zirvəsinə çatmışdı, lakin mütəxəssislər sivilizasiyanın yox olmasına nə səbəb olduğunu dəqiq bilmir və onun şəhərləri qaçılmaz meşənin təsirinə tərk edilib. Nəzəriyyələr müharibədən ətraf mühit fəlakətinə qədər müxtəlif səbəbləri təklif edir.


Mənbə: Britannica 

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et