
"Apple” iPhone, iPad və Mac cihazları üçün yeni bir yeniləmə təqdim edərək , “Siri” ilə ChatGPT inteqrasiyasını həyata keçirib. Bu xüsusiyyət , "Siri"nin istifadəçidən mürəkkəb suallar aldığında ChatGPT-yə keçid etməsini təmin edir. İstifadəçilər OpenAI xidmətinə icazə vermək üçün tələbi qəbul edirlər və ChatGPT-in GPT-4 modelindən istifadə edilir.
Apple istifadəçilərin OpenAI hesabına ehtiyacı olmadığını , lakin ödənişli versiyaların mövcud olduğunu açıqlayıb.
Yeni iOS 18.2 yeniləməsi Apple-ın süni intellekt xüsusiyyətləri paketi olan "Apple Intelligence" ilə gəlir. Bu , "Siri"nin inkişafı və tətbiqlərdə hərəkət etməsi kimi xüsusiyyətlər təqdim edəcək.
Həmçinin , Apple yeni şəkil yaradıcı alətləri , "Playground" və "Image Wand" xüsusiyyətlərini də istifadəçilərə təqdim edib.
Mənbə: NBC News
Tərcümə etdi: Xavər Məmmədli
