
22 yaşlı Quannah Chasinghorse Oglala Lakota və Hän Gwich'in tayfalarına mənsubdur. O , Ralph Lauren ilə yerli motivlərdən düzgün istifadə məsələsində əməkdaşlıq edərək modada dəyişikliyə nail olmaq istəyir.
Uşaqlığını Alyaskada çətin şərtlərdə keçirsə də, zəngin mədəniyyət və ənənələr onun həyatını formalaşdırıb. Anası ilə birlikdə ekoloji aksiyalarda iştirak edən Quannah 2020-ci ildə Calvin Klein kampaniyasına dəvət alaraq modellik karyerasına başlayıb.
O , yerli modellərin və sənətkarların tanınması üçün çalışır , həmçinin kino və sənədli filmlərə qatılaraq tərzini təbliğ edir. "Moda mənim üçün yalnız iş deyil, dəyişikliyə vasitədir" ,-deyə vurğulayıb
Mənbə: BBC
Tərcümə etdi: Xavər Məmmədli
