İsveç Kralı Adolf Frederik 1751-ci ildən 1771-ci ilə qədər hakimiyyətdə olub. O, öz dövrünü "Azadlıqlar çağı" adlandırıb. Bu dövr, sivil hüquqların genişlənməsi və dünyada ilk dəfə mətbuat azadlığının qanuniləşməsi ilə yadda qalıb. Lakin onun ölümünün səbəbi, yalnız monarxın siyasi fəaliyyəti ilə deyil, şəxsi həvəsi ilə də əlaqəlidir.

1771-ci ilin 12 fevralında, İsveçdə "Shrove Tuesday" adı ilə tanınan böyük oruc öncəsi ziyafət günü idi. Bu bayramda, İsveç aristokratiyası adətən zəngin süfrələr açırdı. Adolf Frederik də bu ənənəni çox ciddi qəbul edərək, xərçəng, kürü, turşu, tütsülənmiş balıq və qaynadılmış ət ilə başlayan zəngin bir süfrə hazırladıb. Lakin əsas hadisə şirniyyat mərhələsində baş verib.
Kral İsveçin ənənəvi şirniyyatı olan semlalara qarşı xüsusi bir maraq göstərib. Bu şirniyyat, tərkibində darçın və kişmiş olan, isti südlə servis edilirdi. Çoxları yeni il və Lent dövründə yalnız bir neçə semla yeyərkən, Adolf Frederik bir oturuşda 14 semla yeyərək rekord həddə çatıb. Şirniyyatı bu qədrər çox yemək, onun mədə problemlərinə səbəb olub və nəticədə həmin gün həyatını itirib.
Ölümün Siyasi Əhəmiyyəti
Adolf Frederikin ölümü təkcə şəxsi bir faciə deyil, həm də İsveçin siyasi həyatında bir dönüş nöqtəsi olub. Onun ölümündən sonra İsveçin monarxiyası daha da zəifləyib və parlamentin gücü artmağa başlayıb. Kralın ölümünün, bir dövrün sonunu gətirməsi və monarxiyanın gücünün azalmasına yol açması, yalnız şəxsiyyətinə deyil, ölkənin siyasi mənzərəsinə də təsir edib.
Adolf Frederikin şirniyyat həvəsi ilə başa çatan bu faciəvi hekayəsi həm tarixi, həm də bəşəri baxımdan diqqət çəkir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
