Bu gün:

Təxəyyülün insan həyatında rolu


Təxəyyül etmə qabiliyyəti bütün həyatımızı əhatə edir. O, etdiyimiz hər şeyə, düşündüyümüzə və yaratdığımıza təsir göstərir. Bu, akademiya, mühəndislik və sənət sahələrindən tutmuş hər hansı bir peşə sahəsində dərin nəzəriyyələr, xəyallar yaradır. 

Təxəyyül yeniliyin açarıdır. Buna görə bir anlıq düşünün və təxəyyülünüzü daha effektiv və məqsədyönlü şəkildə necə istifadə edə biləcəyinizi düşünün.

Təxəyyülün neyrobiologiyası haqqında nə qədər məlumatınız var?

Əgər beyninizi əvvəllər etmədiyiniz şəkildə aktivləşdirə bilsəniz, şəxsi və peşəkar həyatınız necə inkişaf edərdi? Təsəvvür edin ki, bu yüksək intellekti gündəlik şüurlu zehniyyətinizə gətirə bilirsiniz, həyatınız nə qədər daha məmnun edici və zəngin olar? Sadəcə təsəvvür edin.

Təxəyyülü liderlik bacarıqlarınızın vacib bir hissəsinə çevirməkdə heç bir uşaqcasına və ya utancaq bir şey yoxdur. Təxəyyülünüzü nə qədər çox istifadə etsəniz, ‘təxəyyül əzələniz’ o qədər güclənəcək. Bu qabiliyyəti istifadə etdikcə və sonsuz imkanların zəngin qaynağına daxil olduqca xoş bir sürprizlə qarşılaşacaqsınız.

Yaradıcılıq təxəyyülü ilə empatik təxəyyül çox güclü bir kombinasiya təşkil edir. Keçmişin bəzi böyük liderlərinə baxdığınızda, onların əksəriyyətinin bir məqsədi olduğunu görərsiniz; özləri üçün əldə etmək istədiklərindən daha böyük bir şey.

Böyük liderlər tez-tez yalnız özləri üçün deyil, başqalarının vəziyyətini nəzərə alaraq bir ehtiyacla bağlı bir tutquya sahib olurlar. Hətta çətinliklər yaşasalar da, daha pis şəraitdə olan insanların necə hiss etdiyini təsəvvür etmək bacarığına sahibdirlər. Məsələn, Mahatma Qandi, Nelson Mandela və Ana Teresa kimi insanları düşünün – onlar çox güclü şəkildə empatik təxəyyülləri ilə irəliləyiblər.

Mənbə: Brain Institute 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et