Bu gün:

Dünyada yeganə “Qaynayan çay"


Bitki ekologiyası üzrə tədqiqatçı Alyssa Kullberg deyir ki, Perunun Qaynayan çayına çatmaq üçün tropik meşələrdən keçən dörd saatlıq çətin bir yol gedirsiniz və çayı yalnız zirvəni aşdıqdan sonra görə bilirsiniz. Çayın yerləşdiyi dərin çökəklikdən qalxan nəhəng buxar dalğaları ağacların arasından görünür.

"Bu çox təsir edici idi" deyən Kullberg, çayı ilk dəfə gördüyü anı xatırlayır. Şanay-timpishka və ya La Bomba adlanan Qaynayan çay, Perunun şərqində Amazon çayına qoşulan bir qoldur.

Bu ərazidəki təpələr 1930-cu illərdə neft axtaran şirkətlər tərəfindən araşdırılsa da, Qaynar çayın sirləri yalnız indi Qərb alimləri tərəfindən araşdırılır. Məsələn, tədqiqatçılar çayın altındakı geotermal mənbələrin suyu qızdırdığını aşkar ediblər. Kullberg bu əsrarəngiz çayı ilk dəfə 2022-ci ildə ABŞ və Perudan olan komanda, o cümlədən Mayami Universitetinin doktorantı Riley Fortier ilə birlikdə ziyarət edib. Cəngəllikdə gəzərkən tədqiqatçılar bitkilərdə qeyri-adi bir şeylə qarşılaşıblar.

Fortier deyir: "Çayın ətrafında nəzərəçarpacaq bir dəyişiklik olduğunu hamımız dərhal hiss etdik. Meşə daha quru görünürdü. Böyük ağaclar az idi, yarpaqlar isə daha xırtıldayan vəziyyətdə idi". 

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et