Asılılıq və Ruh Sağlamlığı Mərkəzinin apardığı bir araşdırma şizofreniya xəstələrinin beyin ünsiyyət şəbəkələrinin, xüsusən də sosial funksiyalarla əlaqəli bölgələrdə, digər ruhi xəstəliklərdən fərqli bir quruluşa malik olduğunu ortaya qoyub. Ümid edilir ki, beyində yeni kəşf edilmiş bu fiziki fərqlər əsasında, diaqnozu nisbətən çətin olan bu xəstəlik daha erkən mərhələdə müəyyən edilə bilər.
Məqalənin müəllifi Dr. Aristotel Voineskos deyir: "Şizofreniya xəstəliyi olan insanları müalicə etmək çox çətindir. Diaqnozdan 20 il sonra belə, tez-tez sosial izolyasiya, iş və münasibətlərdə çatışmazlıqlar, xroniki pozğunluqlar müşahidə olunur".
Baş yazıçı Dr. Anne Wheeler deyir: "Şizofren olan hər beş nəfərdən biri bu simptomlardan birini yaşayır. Bu nöqtədə mənfi simptomları müalicə etmək üçün heç bir üsul yoxdur. Psixoz nəzarət altına alındıqdan sonra belə, insanın gündəlik fəaliyyətinə dərin təsir göstərir. Bioloji beyinə əsaslanan indikatorun olması sosial pozğunluqları daha tez aşkar etməyə imkan verə bilər. Bu üsuldan istifadə edilmədiyi hallarda klinik müşahidə yolu ilə sosial pozğunluqların aşkarlanması illər çəkə bilər. Ağır şizofreniya pozğunluğu olan şəxslərdə digər şəxslərlə (o cümlədən daha az ağır şizofreniya pozğunluğu olan şəxslər) müqayisədə beynin müəyyən hissələrinin ünsiyyətində pozğunluqlar aşkar etdik".
Zədələnmiş beyin bölgələrinin sosial disfunksiyalar və mənfi simptomlarla yaxından əlaqəli olduğu aşkar edilib. Bu araşdırmada əldə edilən tapıntılar sayəsində beynin müəyyən hissələrini hədəf alan yeni terapiya üsullarının hazırlanacağı ümid edilir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova