"Science Advances" jurnalında dərc edilən bir araşdırma göstərir ki, insanların itlərlə əlaqəsi Amerika qitəsində təxminən 12.000 il əvvəl başlamış ola bilər.
Alyaskada arxeoloji kəşflər zamanı tapılan qalıqlar Şimali və Cənubi Amerikada itlərlə əlaqəmizin tarixini təxminən 2000 il geriyə aparır. Tədqiqatın həmmüəlliflərindən biri, Arizona Universitetinin antropoloqu Fransua Lanoe açıqlamasında deyib: "Amerika qitəsində ilk məskunlaşanların itlərlə gəlib-gəlmədiyini öyrənmək, bu mövzu ilə maraqlananlar üçün çox vacibdir. İtləri arxeoloji qazıntılarda tapana qədər yalnız fərziyyələr deyə bilərik, lakin bunun sübut edilməsi olduqca çətindir". 2018-ci ildə Lanoe və komandası böyük bir kəşfə imza atdı. Onlar Alyaskanın Fairbanks şəhərindən təxminən 70 mil cənub-şərqdə yerləşən "Swan Point" arxeoloji sahəsində yetkin bir itin baldır sümüyünü tapdılar. Radiokarbon analizləri göstərdi ki, bu it təxminən 12.000 il əvvəl, buz dövrünün sonunda yaşamışdır.
2023-cü ildə Tibianın tapıldığı yerin yaxınlığındakı Hollembik təpəsində aparılmış ayrı bir qazıntıda bir qrup itə aid təxminən 8100 illik çənə sümüyü tapdı. Bu çənə sümüyü itin insanlar tərəfindən əhliləşdirildiyinə dair bəzi mümkün tapıntıları müəyyən edirdi.
Çənə və baldır sümüklərinin kimyəvi analizləri göstərib ki, itin əsas qida mənbəyi qızılbalıq proteini olub. Bu analizlər itin müntəzəm olaraq balıq yediyini sübut edir. Komanda qeyd edir ki, həmin dövrdə bu bölgədə yaşayan itlər üçün belə bir pəhriz gözlənilməz idi, çünki sübutlar göstərir ki, o zaman itlər əsasən quru heyvanlarla qidalanırdılar. Mütəxəssislər hesab edirlər ki, itin qızılbalıq yeməsinin ən məntiqli izahı, insanların ona balıq verməsidir. Bu isə itlərin yavaş-yavaş insanlara asılı hala gəlməyə başladığını göstərir. Alyaska Universitetinin arxeoloqu və tədqiqatın həmmüəllifi Ben Potter bu barədə izah edir:
"Komanda kifayət qədər əmindir ki, "Swan Point"də tapılan bu it Amerikada insanlar və itlər arasında ən qədim yaxın əlaqələrdən birini təmsil edir. Bununla belə, qeyd etmək lazımdır ki, bu kəşfin həqiqətən Amerikada ilk əhliləşdirilmiş itlə nəticələndiyini əminliklə söyləmək hələ tezdir".
"Swan Point" və "Hollembaek Hill"dən əldə edilən nümunələr genetik olaraq digər tanınmış it növləri ilə əlaqəli olmaq üçün çox qədim ola bilər. Bu heyvanların tam əhliləşdirilmiş itlər deyil, əhliləşdirilmiş canavar olması da mümkündür. Lanoe deyir:
"İnsanların onlara verdiyi qızılbalığı yedikləri üçün davranışları itlərinkinə bənzəyir. Ancaq bizə məlum olan heç bir tapıntı ilə genetika cəhətdən əlaqəsi yoxdur".
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova