Valideynlik çətin işdir. Hər kəs bu çətin işi görərkən zaman-zaman səhvlərə yol verir.
Valideynlərin tez-tez etdiyi bəzi səhvlər var. Bu səhvləri sizin üçün tərtib etdik.
Valideynlərin etdiyi səhvlər:
1. Həddindən artıq qoruyuculuq valideynlərin ən çox etdiyi səhvlərdən biridir. Doğrudur ki, valideynlər yeni körpələrini qorumaq istəyirlər. Amma bu həddindən artıq olarsa, həm uşaq, həm də valideynlər üçün həyatı çətinləşdirir. Uşağınızın real dünyaya alışması üçün onu o qoruyucu çevrədən çıxarmaq lazımdır. O, sizin üçün həmişə kiçik bir körpə olsa da, real həyatda çətinliklərlə mübarizə aparmaq üçün sizin köməyinizdən istifadə etməməlidir. Təbii ki, biz demirik ki, heç qorumayın və ya onu tək buraxın, amma həddindən artıq qorunma həmişə zərərlidir!
2. Sabit olmayan davranış uşaqlar üçün yaxşı deyil!
Uşaqlara qarşı hər zaman aydın münasibətiniz olmalıdır. Fərqli davranış uşaqları çaşdırır. Məsələn, bu gün onun istədiyi bir şeyə yox deyə bilərsiniz, amma sabah eyni şeyə hə deyə də bilərsiniz. Bu vəziyyət uşağınızın beynindəki qaydalarla bağlı sual işarəsi yarada bilər. Buna görə də, qoyduğunuz qaydalarda ardıcıl olsanız, uşağınız üçün daha yaxşı olar.
3. Həddindən artıq intizam intizamsızlıq qədər pisdir.
Həddindən artıq intizamlı bir valideyn olmağın düzgün bir şey olduğunu düşünməyin. Çünki övladınızı əsgər kimi böyütmək, onun hissləri ilə maraqlanmadığınızı düşündürə bilər. Sərt yanaşmalar nəticəsində uşağınızla münasibətiniz pisləşə bilər. Daim hər şeyi qadağan etmək, hər səhvə qışqırmaq intizam üsulu deyil. Bəzən valideynlər övladlarını tərbiyə etmək üçün bu cür üsullardan istifadə edirlər.
4. Ünsiyyətin olmaması valideyn-övlad münasibətlərində ən böyük problemlərdən biridir.
Ünsiyyət qurmamaq əslində danışmamaq demək deyil. Bu vəziyyəti qarşılıqlı fikir ayrılığı kimi qələmə vermək daha doğru olar. Deməli, aramsız danışdığınız bir vəziyyət varsa, bunu ünsiyyət adlandırmaq düzgün olmazdı. Təbii ki, ünsiyyət dedikdə, effektiv ünsiyyət nəzərdə tutulur. Uşağınızın dediklərinə qulaq asaraq qarşılıqlı ünsiyyət qurmalısınız. Uşağınızın danışmasını təmin etmək üçün hətta bəzi suallar verə bilərsiniz.
5. Həddindən artıq tərifdən uzaq olmaq lazımdır!
Uşağınızı hər uğuruna görə daim tərifləmək və onun səhvlərinə məhəl qoymamaq, edə biləcəyiniz ən böyük səhvlərdən biridir. Uşağınızın kiçik bir uğur qazandığı zaman onu tərifləmək onun real uğurlarını qiymətləndirməməsinə səbəb ola bilər. Həm də yadda saxlamalısınız ki, səhv etməyin ibrətamiz bir tərəfi var və uşağınız etdiyi səhvlərdən nəticə çıxararaq öyrənəcək.
6. Bütün ekspertlər deyir ki, uşaqları ekranlardan uzaq tutmaq lazımdır.
Mütəxəssislər tez-tez uşaqlar üçün ekran qarşısında keçirdikləri vaxtın məhdudlaşdırılmasının vacibliyini vurğulayırlar. Xüsusilə erkən uşaqlıq dövründə ekranlardan tamamilə uzaq qalmaq tövsiyə edilir. Uşağınız gün ərzində ekran qarşısında çox vaxt keçirə bilər, lakin bu, düzgün yanaşma deyil. Çünki ekran qarşısında həddindən artıq vaxt keçirmək uşaqların real dünya ilə əlaqəsini zəiflədə bilər. Bunun qarşısını almaq üçün ekran vaxtını məhdudlaşdırmaq və uşağınızla daha çox keyfiyyətli vaxt keçirmək vacibdir. Bu, həm onların inkişafına müsbət təsir edəcək, həm də ailə bağlarını gücləndirəcək.
7. Uşaqlarda da hisslər olur, bunu unutmaq olmaz.
Düşünməyin ki, o uşaqdır və ona heç bir şeyin təsiri olmayacaq. Onların da hissləri var və siz onların hisslərini başa düşmədiyiniz və ya görməməzlikdən gəldiyiniz zaman uşağınızın emosional dünyasına zərər verirsiniz. Uşaqlarınızın emosional inkişafı üçün onların hisslərinə laqeyd yanaşmağı dayandırmalısınız. Odur ki, uşağınız ağlayanda “Yaxşı, bəsdir ağlama” deyərək onu rədd etmək əvəzinə, onun niyə ağladığını öyrənib ağlamağın normal olduğunu ona söyləməlisiniz.
8. Uşaqlar bu dünyada sizin arzularınızı gerçəkləşdirmək üçün deyil, özləri üçün var.
Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşaqları vasitəsilə yerinə yetirə bilmədikləri arzularını həyata keçirməyə çalışmaqdır. Bir çox valideynlər övladlarını istədikləri şəkildə istiqamətləndirirlər. Təbii ki, bunu etməməlisiniz. Uşağınızın qabiliyyətlərini müşahidə etməli və öz arzularınızdan daha çox onun qabiliyyətlərinə uyğun istiqamət verməlisiniz. Bu onun öz həyatıdır, sizin deyil. Bunu heç vaxt unutmamalısınız.
9. İşləyən valideynlərin uşaqları üçün vaxtı olmaya bilər.
Uşaqlarla vaxt keçirmək bəzən işləyən ailələr üçün çətin ola bilər. Təbii ki, biz həyat şəraitindən xəbərdarıq və vaxt tapmaq həmişə çətindir. Ancaq onlarla birlikdə olmaq üçün gün ərzində cəmi bir saat ayırsanız belə, bu kifayətdir. Ola bilsin ki, saatlarınızı ayıra bilmirsiniz, amma birlikdə keyfiyyətli vaxt keçirsəniz, qaçırdığınız vaxtı tamamlaya bilər. Birlikdə vaxt keçirmək üçün həmişə xüsusi bir şey etməyə ehtiyac yoxdur. Hətta bir yerdə söhbət etmək belə keyfiyyətli vaxt keçirmək deməkdir.
10. Çox müdaxilə etmək də səhvdir!
Bəzi valideynlər çox nəzarətçi ola bilər. Övladlarınızın hər addımına nəzarət etmək və onlara müdaxilə etmək, onların özbaşına işləri görməsinə mane olur. Hər şeyi idarə edə bilməzsiniz, uşağınıza bir az yer ayırmalısınız. Çünki hər şeyə nəzarət edəndə uşağınızın özünə inamı yetərincə inkişaf etmir.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli