Bu gün:

“Dad Atlası” 2024-cü ilin ən yaxşı dünya mətbəxlərini elan edib


Ölkələrin mətbəxləri və ənənəvi yeməkləri ilə bağlı araşdırmalar aparan “Dad Atlası” 2024-2025-ci illər üçün “Ən yaxşı 100 mətbəx”i açıqlayıb.

Reytinq istifadəçilərinin və qida mütəxəssislərinin ölkələrdə sınaqdan keçirdikləri yeməklər və içkilər üzrə səsvermə yolu ilə hazırlanıb. "Dad Atlası" məlumat bazasında 15 min 478 qida mövcuddur, bu qidaların 477 min 287 etibarlı reytinqi var və dünyanın 100 ən yaxşı mətbəxi bu reytinq əsasında müəyyən edilib.


Kababları, paxlavaları və həm gözləri, həm də qarnı doyuran səhər yeməyi ilə sevilən türk mətbəxi də siyahının ilk 10-luğunda öz yerini tapıb.


1. Yunan mətbəxi:

Yunan mətbəxi 4,60 səs toplayıb. Bu mətbəxdə istifadəçilərin ən çox sevdiyi yemək fıstıq (Fystiki Aeginas) olub.


2. İtalyan mətbəxi:

İtalyan mətbəxi 4,59 səs toplayıb. Bu mətbəxin ən məşhur və yüksək reytinqli yeməyi Neapolitan pizzası idi. İkinci yeri parmesan, üçüncü yeri isə şokolad və fındıq pastasından hazırlanan “gianduja” adlı şirniyyat tutub.


3. Meksika mətbəxi

Üçüncü yerdə isə  4,52 səslə Meksika mətbəxi yerləşib. Bu mətbəxin ən məşhur yeməyi “Tacos” idi. İkinci yeri “Chiltomate” adlı salsa sousu tutub.


4. İspan mətbəxi

İspan mətbəxi 4,50 səslə dördüncü yeri alıb. Bu siyahıda birinci yeri 100% palamutla bəslənən İber donuzlarından hazırlanmış "Vetçina" tutub.


5. Portuqaliya mətbəxi

Siyahıda beşinci yeri tutan Portuqaliya mətbəxi 4,50 səs toplayıb. Birinci yerin yeməyi İspaniyadakı kimidir: palamutla qidalanan İber donuzlarından hazırlanmış "Vetçina".


6. Türk mətbəxi

Kabab, paxlava və səhər yeməyi ilə məşhur olan mətbəximiz dünyanın altıncı ən yaxşı mətbəxinə çevrilib.

Türk mətbəxi 4,50 bal alıb. Ən populyar yemək 4,9 ilə səhər yeməyi olub. İkinci ən populyar yemək Samsun pidesi, üçüncü yerdə isə Tire küftəsi, püstə və çökertme kababı gəlir.


7. İndoneziya mətbəxi

İndoneziya mətbəxi 4,48 balla siyahıda yeddinci yeri alıb. Bu mətbəxin ən məşhur yeməyi "Bawang Goreng" adlanan qızardılmış soğandır.


8. Fransız mətbəxi

Fransız mətbəxi 4,8 səs toplayaraq siyahıda səkkizinci yerdədir. Fransız mətbəxinin ən məşhur yeməyi Kot-d'Azur bölgəsində çiçəklərdən əldə edilən bal idi.


9. Yapon mətbəxi

Yapon mətbəxi 4,47 səs toplayaraq siyahıda 9-cu yerdədir. Bu mətbəxin ən məşhur yeməyi kələm, soğan, donuz əti və seçilmiş ədviyyatlarla doldurulmuş mantı (yoza) idi.


10. Çin mətbəxi

Çin mətbəxi siyahıda 10-cu yerdədir. Ən məşhur yemək zəncəfil, küncüt yağı, düyü şərabı, çin kələmi və yaşıl soğan ilə hazırlanmış qızartma Çin mantısı olub.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et