
"İncəsənətin inciləri" rubrikası Rembrandtın "Gecə gözətçisi" əsərini təqdim edir.
"Gecə gözətçisi" sənət tarixinin şübhəsiz ən məşhur, eyni zamanda ən mürəkkəb əsərlərindəndir. 17-ci əsrdə Hollandanın Qızıl dövründə tamamlanan əsərdə 28 fiqurdan ibarət böyük bir qrup təsvir olunub. Bu qrup Amsterdamın qoruyucu hərbi birliyinin müxtəlif rütbələrə sahib muşketyorlarını göstərir.
Rembrandtın əsəri yaratdığı dövrdə, qoruyucu birliklər olduqca sakit birləşmələr idi. Amsterdamda hər hansı bir iğtişaşın qarşısını almaq və ya şəhəri müdafiə etmək vəzifələri yox idi. Buna görə də, bu birliklər yalnız sosial və ya idman məqsədli toplanırdılar. Eyni zamanda, "gecə" sözü də yanlış istifadə edilib. İllər boyu həyata keçirilən ehtiyatsız bərpa işləri və rəsm üzərindəki kir əsərin rənglərini örtərək ona qaralma təsiri verib. Bu səbəblə, əsər illər boyu gecə vaxtını göstərib. Beləliklə də hərbi birliyin gecə nöbvəsinə çıxdığı düşünülüb və yanlış ad verilib. Əsər yalnız II Dünya Müharibəsindən sonra bərpa edildikdə 300 il əvvəlki həqiqi rənglərinə yaxınlaşıb və hadisənin gündüz vaxtında baş verdiyi aşkar edilib.
Əsərin ön planındakı iki əhəmiyyətli fiqur ilk baxışda diqqəti cəlb edir. Yüzbaşı Frans Banning Cocq və Willem van Ruytenburch. Ağ yaxalı qara geyimi və rütbəsini göstərən qırmızı kəməri ilə diqqəti çəkən Yüzbaşı Cocq qrupa rəhbərlik edərək onların hərəkət etməsi üçün yol göstərir. Yanında sarı geyim və ağ kəmər içindəki Teğmen van Ruytenburch isə yüzbaşına yoldaşlıq edir. Bu ikilinin arxasında müxtəlif muşketyorlar, rütbəli şəxslər, müxtəlif insanlar yerləşir və hərəkət etməyə hazır vəziyyətdədirlər.
Əsərdəki bir çox fiqur hərbi birliyə aid simvollar ehtiva edir. Əsərin sol tərəfindəki qırmızı geyimli fiqur birliyin muşketyorlarından biridir və əlində birliyin istifadə etdiyi tüfəng daşıyır. Tüfəng daşıyan hərbi birliyə Holland dilində "kloveniers" deyilir.
Əsərdə muşketyorun dərhal arxasında parlaq sarı-ağ rənglə təsvir olunan və əsərin ən diqqət çəkici fiqurlarından biri olan kiçik qız görünür. Əsərin tək qadın fiquru olan bu qız əslində birliyin maskotudur. Qızın belindəki kəmərdə birliyin simvolu olan böyük pəncəli ölü bir toyuq (pəncə sözü Holland dilində "kloven"dir və birliyin adı olan Kolveniersi xatırladır) və birliyin digər simvolu olan silah (bu silah "klover" adlanır və birliyin adı ilə əlaqəlidir) asılıb. Qızın əlində tutduğu gümüşdən olan "goblet" qədəhi də birliyin simvollarındandır. Kiçik qızın dərhal önündəki fiqurun başlığında isə birliyin ənənəvi simvolu olan meşə yarpaqları asılıb.
Əsərin içindəki digər fiqurlar əsasən muşketyorlar və qoruyuculardan ibarətdir. Ən sağda davulçu görünür, arxa tərəfdəki şəxs isə birliyin sarı və mavi rəngdəki bayrağını daşıyır. Yüzbaşının əsası, tüfəyi, bayrağı və nizəsinin sola, Teğmenin əsası, tüfəyi və bir başqa nizəsinin isə sağa əyilmiş duruşları arasındakı paralellik əsərdə maraqlı bir təsvir yaradır.
Hazırladı: Talehə Hüseynzadə
