Bu gün:

Yuxu vaxtı yaddaşın güclənməsinə dair araşdırma


Elm adamları yuxunun beyindəki yaddaş və sinaptik əlaqələr üzərində təsirini araşdıraraq maraqlı nəticələr əldə ediblər. Yeni tədqiqat, yavaş göz hərəkəti olmayan (NREM) yuxu zamanı kortikal neyronların fəaliyyətində baş verən ritmik dəyişikliklərin yaddaşın möhkəmlənməsi ilə bağlı olduğunu göstərib.

NREM yuxusu zamanı neyronlar arasında fəaliyyət "yuxarı" və "aşağı" vəziyyətlər arasında keçid edir. Bu proses, yavaş dalğa oskillasiyası adlanan ritmik dalğalarla müşayiət olunur. Araşdırma zamanı alimlər bu "yuxu vəziyyətlərini" laboratoriya şəraitində süni şəkildə təqlid edərək siçanların neyron fəaliyyətini izləyiblər. Neyronlara müəyyən elektrik siqnalları göndərildikdən sonra sinaptik fəaliyyətin necə dəyişdiyi təhlil edilib.

Araşdırmanın nəticələrinə görə, bu yuxu vəziyyətləri sinaptik gücü artırır və neyronlar arasındakı əlaqələri gücləndirir. Həm həyəcanlandırıcı, həm də prosesin gedişini ləngidən sinaptik cərəyanlarda baş verən bu dəyişikliklər, yuxunun yaddaşın möhkəmlənməsi üçün vacib rol oynadığını bir daha təsdiq edir.

Alimlərin fikrincə, bu tədqiqat yuxunun beynin işləmə mexanizmləri, yaddaşın inkişafı və sinaptik əlaqələrin qurulmasındakı əhəmiyyətini daha yaxşı anlamağa kömək edir. Bu isə gələcəkdə yaddaşla bağlı problemlərin müalicəsində yeni üsulların inkişafına yol aça bilər.

Mənbə : National Institutes of healthy 
Tərcümə etdi : Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et