Bu gün:

Çox şirniyyat yediyi üçün ölən İsveç kralı: Adolf Frederik


İsveç kralı Adolf Frederik tarix boyu azadlığı müdafiə edən lider kimi tanınıb. Lakin onun ölüm tərzi liderliyindən daha çox diqqəti cəlb edir. Bir ziyafət onu sözün əsl mənasında ölümə apardı!


Şirniyyat sevən padşahın həyatının necə bitdiyini öyrənəndə təəccüblənəcək və bu hadisənin siyasi nəticələri ilə maraqlanacaqsınız. Gəlin, birlikdə baxaq.

1751-ci ildə başlayan Adolf Frederikin hakimiyyəti İsveçdə "Azadlıq dövrü" kimi tanınır. Bu, vətəndaş hüquqlarının genişləndiyi, dünyada ilk dəfə mətbuat azadlığının qüvvəyə mindiyi dövr idi.

1766-cı ildə parlament tərəfindən qəbul edilən bu qanun informasiyaya çıxışı dəstəkləyən bir dövrə öncülük edib.

Bununla belə, padşahın hökmranlığı ilə bağlı yadda qalan başqa bir detal var: onun yemək həvəsi. Bu ehtiras onun həm həyat tərzini, həm də ölümünü formalaşdırdı.


1771-ci il fevralın 12-si “Shrove Çərşənbə axşamı” adlanan ənənəvi bayram idi. İsveç aristokratiyası gün üçün süfrələrini ziyafətlərlə bəzəyirdi. Adolf Frederik də bu ənənəyə çox ciddi yanaşırdı. Xərçəng, kürü, turşu, hisə verilmiş balıq və qaynadılmış ətlə başlayan ziyafəti şampanla bəzəyib. Amma əsl hadisə desert xidməti ilə başlayıb.


Kralın şirniyyata olan həvəsi İsveçə xas olan semla ilə pik həddə çatıb. Ənənəvi olaraq darçın və kişmiş ilə ətirli isti südlə süfrəyə verilən bu desertlər kralın sevimlisinə çevrilib.


Əksər insanlar Yeni il və ənənəvi bayram arasındakı dövrdə yalnız bir neçə semla yediyi halda, Adolf Frederik bir oturuşda 14 semla yeyib! Bu padşahın mədə problemlərindən əziyyət çəkməsinə və eyni gündə ölümünə səbəb olub.


Adolf Frederik şirniyyata olan ehtirasına görə həyatını itirəndə bir dövrün sonunu da gətirdi. Onun ölümü tragikomik olsa da, bunun siyasi nəticələri olduqca ciddi idi.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et