Bu gün:

Taylor Swiftin Eras Turu başa çatdı


İki illik Eras dünya turu sona çatdıqda, məlumatlar göstərir ki, Taylor Swift solo ifaçılar arasında ən çox bilet satan sənətçidir. "Spotify"ın ən çox dinlənilən sənətçisi seçilən Taylor Swiftin iki illik Eras Turu bu günə qədərki ən böyük kommersiya turu uğurlarından biri ilə sona çatdı.

"Pollstar"ın 149 şoudan çox topladığı məlumatlara görə, Eras ardıcıl ikinci il bütün zamanların ən çox gəlir gətirən turu oldu və təxminən iki il ərzində 2,2 milyard dollar qazandı. Swift Eras Turunu Kanadanın Vankuver şəhərindəki son şousu ilə yekunlaşdırdı.

"Pollstar & VenuesNow"un baş redaktoru Andy Gensler, Taylor Swift və The Eras Tour-un 21 ayda etdiklərini söylədi beş qitədə 10 milyon pərəstişkarının önündə "Turun təxmin edilən 2,2 milyard dollarlıq gəliri bütün zamanların ən yüksək gəliri olub və indiyə qədərki ən böyük ikinci turu demək olar ki, iki qat artır",- deyib.

"Bu, həm də bu sənayenin bütün dünyadakı tamaşaçılara musiqi, icma və zirvə həyat təcrübələri təqdim edərkən sərhədləri necə genişləndirdiyinin nümunəsidir". 

2022-ci ilin martından bu yana 1,14 milyard dollar gəlir əldə edən tur çərçivəsində 2025-ci ildə də konsertlər veriləcək.

"Pollstar"ın məlumatına görə, Coldplay 10,3 milyondan çox, Swift isə 10 milyondan bir qədər çox bilet satıb. Bu o deməkdir ki, ABŞ pop ulduzu solo ifaçılar arasında ən çox bileti satılan müğənnidir.

"Pollstar" datası 2022-ci ilin noyabrından 2024-cü ilin dekabrına qədər toplanmış kassa hesabatlarından, məkan tutumunun təxminlərindən, məkanının bilet satışına dair tarixi məlumatlardan və digər müəyyən edilməmiş tədqiqatlardan əldə edilmişdir.

Mənbə: euronews

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et