
Ən çox yayılmış və geniş yayılmış yarımnöv olan düzənlik zebrasına yağış meşələri və səhralar istisna olmaqla, əksər ərazilərdə rast gəlinir. Bununla belə, zebralar adətən yalnız qorunan ərazilərdə olur. Yalnız Afrika Buynuzunda, xüsusən Efiopiya və Keniyada rast gəlinən Qrevi zebrası quraq və yarı quraq otlaqlarda və kolluqlarda yaşayır. Cənubi Afrika, Namibiya və Anqolada rast gəlinən dağ zebrası sərt, dağlıq ərazilərdə yaşayır.
Zebralar cənub və şərqi Afrikanın geniş ərazilərində yayılıb, burada onlar düzənliklərdə və savanna meşələrində üstünlük təşkil edirlər. Bununla belə, onların yaşayış yerləri daralır və artıq onların doğma olduqları iki ölkədə (Lesoto və Burundi) nəsli kəsilib.
Zebralar səhralarda, bataqlıq ərazilərdə və ya tropik meşələrdə yaşamırlar, bu da onları iqlim dəyişikliyinə qarşı həssas edə bilər.
Mənbə: discoverwildlife.com
Tərcümə etdi: Nazrin Humbat
