Bir vaxtlar Meksika körfəzindəki kiçik bir ada olaraq xəritələrdə qeyd olunan Isla Bermeja, tarixdəki ən böyük dəniz sirrlərindən birinə çevrilmişdir.

Tarixi mənbələrə görə, ada Yukatan yarımadasının şimal sahilində yerləşirdi və dəniz sərhədlərinin göstərilməsi üçün istinad nöqtəsi kimi istifadə olunurdu. Lakin 20-ci əsrin sonlarında Meksika hakimiyyəti adanı tapmağa çalışanda, onun heç bir iz qoymadan itmiş olduğunu aşkar etdilər.
Bermeca adasının sirri, təbii səbəblərdən eroziya və dəniz səviyyəsinin yüksəlməsi kimi, daha qaranlıq izahlar və geopolitik münaqişələrə qədər bir çox fərziyyəyə səbəb olub. Bəziləri, adanın heç vaxt mövcud olmadığı və sadəcə bir xəritə səhvi olduğu ehtimalını irəli sürür, digərləri isə adanın təbii hadisələr nəticəsində batmış və ya ərazilər arasındakı sərhədləri dəyişdirmək məqsədilə qəsdən məhv edilmiş ola biləcəyini düşünür.
Bütün axtarışlara baxmayaraq, Bermeca adası heç vaxt tapılmayıb və buna görə də bəziləri onu "ruh adası" adlandırır. Adanın itməsi, xüsusilə Meksika körfəzində dəniz sərhədlərinin müəyyən edilməsi və qiymətli neft ehtiyatlarına sahiblik hüquqları baxımından ciddi nəticələr doğurub. Bu sirr, bir adanın heş bir iz qoymadan yoxa çıxmasının mümkünlüyü ilə bağlı maraq doğurduğu üçün hələ də tarixçilərin, coğrafiyaçıların və nəzəriyyəçilərin diqqətini çəkməyə davam edir.
Mənbə: Woke Waves
Tərcümə etdi: Arzu Qafarova
