Bu gün:

"Pantene Altın Kelebek"-də Yeşilçam əfsanələri ayaq üstə alqışlanıb


Türkiyənin ən prestijli mükafat təşkilatı olan Pantene Altın Kelebek Mükafatları 50-ci ilini tamamladı. Bu il 50-ci dəfə keçirilən möhtəşəm mərasim , ulduz simaları bir araya gətirdi. Gecənin sürprizi isə Yeşilçam’ın ulduzlarına verilən 50-ci il xüsusi mükafatları idi. Eyni səhnədə bir araya gələn Türk kinematoqrafiyasının ustaları , dəqiqələr boyu ayaq üstə alqışlanıblar.

Əvvəlki gün "Zorunlu Performans Sənətləri Mərkəzi"də keçirilən mərasim heyranedici rəqs təqdimatları , qeyri-adi səhnə tərtibatı , keçmişdən bu günə qədər uzanan səhnə şouları və ilin ən yadda qalan xüsusi mükafatları ilə izləyicilərə unudulmaz anlar yaşadıb.

Cem Davran və Çağla Şıkelin təqdim etdiyi mərasimin sürprizləri  Xüsusi mükafatların təqdimatı, Türk kinematoqrafiyasının əfsanəvi isimlərinə təşəkkür videosu ilə başlayıb. Yeşilçamın əfsanəvi simaları Türkan Şoray, Emel Sayın, Ediz Hun, Perihan Savaş, İzzet Günay və Göksel Arsoy adına oğlu Gökhan Arsoy səhnəyə dəvət olunub. Gecəyə qatılmayan Ahmet Mekin, Filiz Akın, Hülya Koçyiğit və Kadir İnanıra təşəkkür edildikdən sonra, tanınmış simalar ayaq üstə dəqiqələr boyu alqışlanıb.

Həmçinin Altın Kelebek-i ən çox qazanan sənətçi olaraq mükafat tarixinə imza atan Yeşilçamın "Sultan"ı Türkan Şoray , bu dəfə "50-ci il xüsusi mükafatı"nı almaq üçün səhnədə idi.

Mənbə: Hürriyet
Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et