
Tropik meşələrdə yaşayan Ophiocordyceps adlı göbələk növü, öz parazitar xüsusiyyətləri ilə diqqət çəkir. Bu göbələk, qarışqaların mərkəzi sinir sisteminə təsir edərək onları tamamilə idarə edir və bir növ “zombi” vəziyyətinə salır. Maraqlıdır ki, bu proses yalnız bioloji bir mexanizm deyil, həm də təbiətdəki inanılmaz uyğunlaşmanın bir nümunəsidir.
Göbələk qarışqanın bədəninə daxil olduqdan sonra təxminən doqquz gün ərzində onun sinir sisteminə yayılır və tam nəzarəti ələ alır. Bundan sonra qarışqanın hərəkətləri artıq öz iradəsinə deyil, göbələyin istəklərinə uyğun şəkildə baş verir. Məsələn, göbələk qarışqanın davranışını dəyişərək onu yüksək bir ağaca dırmaşmağa məcbur edir. Orada qarışqa müəyyən bir nöqtəyə çatdıqda, düşərək ölür. Bu, göbələyin həyat dövrünün mühüm hissəsidir, çünki qarışqa öləndən sonra göbələk yayılmaq üçün ən əlverişli mühiti tapmış olur.
Bu fenomen, elm adamlarının marağına səbəb olub. Onlar “zombi qarışqalar” adlandırılan bu hadisənin mexanizmini daha dərindən araşdırırlar. Araşdırmalar göstərir ki, göbələk təkcə qarışqanın sinir sisteminə təsir etməklə qalmır, həm də onun davranışlarını belə idarə edə bilir.
Bu hadisə, parazitlərin ev sahiblərini necə manipulyasiya edə biləcəyinə dair təbiətin nə qədər mürəkkəb olduğunu göstərir. Eyni zamanda, bu cür tədqiqatlar insanın sinir sistemi və parazitlər arasındakı əlaqələri anlamağa da kömək edə bilər. Bioloqlar bu proseslərin həm təbiət tarixi, həm də biotibbi tədqiqatlar baxımından əhəmiyyətini vurğulayırlar.
Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova
