Bu gün:

Psixoloqlara görə ən effektiv kitablar


Nəzər yetirəcəyimiz kitablar, psixologiyanın müxtəlif sahələrində dərinləşmək istəyənlər üçün həm nəzəri, həm də praktik yanaşmalar təklif edir. Hər biri fərqli bir sahəni öyrənmək və şəxsi inkişafı gücləndirmək üçün faydalıdır.

1. Etel Lilian Voyniç: Ovod

Yazıçı Voyniç Polşalı inqilabçı ilə evli olub. Çar Rusiyası inqilabçıları ilə yaxından tanış olub. 1917-ci il Oktyabr İnqilabından sonra “Ovod” kitabı xalq tərəfindən sevilib və bütün sovet dillərinə tərcümə olunub.

2. Arçibald Kronin: Broudinin Qalası

 Şotland yazıçısı Kroninin ilk və ən populyar romanı olan “Broudinin Qalası” 1879-cü ildə yazılıb və Livenford şəhərində yaşayan ailənin hekayəsindən bəhs edir.

Oxuduğumuz zaman anlayırıq ki, söhbət Broudinin yaşadığı qaladan yox, öz içərisində tikdiyi qaladan gedir. Sonu isə öyrəşdiyimiz kimi xoşbəxtliklə bitmir.

3. Qarriet Biçer-Stou: Tom dayının kabineti

Roman 1852-ci ildə yazılıb, amma 1865-ci ildə ABŞ-ın Konstitusiyasına əlavə olunan məşhur 13-cü düzəlişlə qara və ağ dərililərin bərabərliyi təmin edilməyə çalışıldı. Bəs bu düzəlişin romanla nə əlaqəsi var?

Roman, Amerikada Konstitusiya düzəlişindən əvvəl qara dərililərin həyatı, çəkdikləri əziyyəti, qarşılaşdıqları haqsızlıqlardan bəhs edir. 

Kitabda bəzi mənasız cümlələrə yer verilib:

“ Şükür ki, biz azad cəmiyyətdə yaşayırıq. Bu qara dərili mənimdir və onunla istədiyimi edə bilərəm” 

Mənbə: b17

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et