24Media.az sizə 3 qəribə fobiyanı təqdim edir:
1. Araxibutirofobiya
Ağızın tavanına yerfındığı yağının yapışmasından qorxmaq. Gülməli səslənsə də, bu fobiya bəzi insanlarda, xüsusilə boğulma və ya narahat teksturalara qarşı həssas olanlarda ciddi narahatlıq yarada bilər.
2. Nomofobiya
Mobil telefonsuz qalmaqdan və ya ona çıxış imkanını itirməkdən qorxmaq. Müasir texnologiya gündəlik həyatın bir hissəsinə çevrildiyi üçün bu fobiya daha çox yayılmağa başlayıb. Bu vəziyyətdə olanlar telefondan ayrı qalanda və ya onu istifadə edə bilməyəndə narahatlıq hiss edirlər.
3. Hippopotomonstroseskipedaliofobiya
Uzun sözlərdən qorxmaq. Maraqlıdır ki, bu fobiyanın adı özü çox uzundur və bu, bu vəziyyətdən əziyyət çəkən insanlar üçün daha da narahatlıq yarada bilər.
Mənbə:The Recovery Village
Tərcümə etdi:Aysu Salahova
