Dinlərin çoxunda olduğu kimi xristianlıqda da dünyadan kənar varlıqların olduğuna inanılır. Qədim dünyada xristianlar bu varlıqlardan çox qorxurdular, bəs əslində xristianlıq cinlər haqqında nə deyir? (Bu barədə daha çox məlumatı ALLTHATSİNTERSTİNG web saytından əldə edə bilərsiniz.)

Əvvəlcə qısaca demonologiyanın nə olduğundan bəhs edək. Demonologiya dinlərdə dünyadan kənar, qeyri-adi və bəzən mifik varlıqları tədqiq edən bir sahədir. Bu sahə uzun müddət öz inkişaf mərhələsindən keçə bilməyib, səbəbi isə sadədir. Avropa və Amerikada dünyaüstü varlıqları, iblis və qeyri iblisləri - ümumiləşdirmə etsək cinləri tədqiq etmək şeytana xidmət kimi qiymətləndirilirdi.
Demonologiya (orjinal adı: Daemonologie) pis ruhları və düşmüş mələkləri cin adı altında tədqiq edir. Müqəddəs kitablarda mələklər qədər, pis ruhlara yer verilmədiyindən 1597-ci ildə King Ceyms adlı bir ruh professoru Demonologiyanı yaradır və onun haqqında kitablar yazmağa başlayır, bu kitablarda bəzən pis ruhlar 7 böyük günahın mifik təsviri kimi də yer alır.
Bu kitablarda yer verilən fikirlər İncil əsasında qurulub və onların çoxu şeytan və qara ruh, şeytan və "Lüsifer" anlayışlarını fərqləndirir. Bu kitablara görə şeytan və iblis eyniləşdirilə bilər, lakin "Lüsifer" və qaranlıq ruhlar tamam ayrı varlıqlardır və onlar hələ dünya var olmazdan əvvəl burada olmuşlar. Onu qeyd edək ki, bəzi məqamlarda yazılar hətta şeytanın əvvəllər mələk olduğu fikrini də təkzib edib.
Ümumi araşdırmalar onu göstərir ki, demonoligiyanın tədqiq obyekti - "cinlər" İncildəki cinlərlə eyni deyil, lakin bu sahə İncil əsatirləri üzərində qurulub.
Hazırladı: Səidə Abasova
